Page 278 - book-online
P. 278
ìÿä Àüàîüëó

Atam göyәrtәnin dәmir barmaqlıqlarına söykәnib
bizә baxırdı. Yanında Ziya Göyalp dayanmışdı. Hәr tә-
rәfdәn sәs-küy eşidilirdi. İndi hәmin anda nә danışdığı-
mızı, hansı hәrәkәti etdiyimizi xatırlamıram. Yalnız
mәrhum qardaşım Əbdürrәhmanın birdәn-birә qayığın
içәrisindә ayağa qalxdığını görür, ürәyinin vә sәsinin
bütün gücü ilә “Yaşasın i ihadçılar!” – bağırdığını eşi-
dirәm...

Atam Azәrbaycandan dönәrkәn Kerenski hökumәtinin1
tәdavülә buraxdığı kağız pullar gәtirmişdi. O ara Kerenski
tәrәfdarları bolşeviklәri hәr tәrәfdә әzir, kommunist
inqilabı mәğlubiyyәtә uğrayırdı. Onların qazandıqları
zәfәrlәrlә birlikdә pullarının da dәyәri durmadan artırdı.
Anam yenә bir gün Bәkirağa bölüyündә “Əhmәd, –
dedi, – Kerenski mәğlub olacaq, bolşeviklәr savaşı uda-
caqlar. Qoy bu pulları aparıb türk parasına dәyişәk.
Önümüzdә qaranlıq günlәr var, işimizә yarayar”. Atam
isә cavabında “Xeyr! – dedi. – Kommunistlәrin mәğlu-
biyyәti labüddür, ingilislәrlә fransızlar onların qәlәbә
çalmasına imkan vermәzlәr. Pulları saxla, qiymәtlәri
daha da qalxanda dәyişdirәrsәn”.

Atam yenә aldanırdı, anam yenә haqlı idi. Bu söh-
bәtdәn az keçmәmiş Kerenski orduları da, әlimizdәki
pulların dәyәri dә birdәn-birә yoxa çıxdı.

Atamın Maltadakı iki ilә yaxın әsarәt hәyatının onun
idealist, romantik ruhunda yaratdığı böyük hәrc-mәrcliyi
anama, bizlәrә yazdığı mәktublardan görmәk müm-
kündür. Anamın sakit, sәbirli cavabları isә atamın üsyan-
larına qarşı әn böyük tәsәlli mәnbәyi olurdu. Narın hәrf-

1 Rusiyada Fevral və Oktyabr inqilabları arasında, 1917-ci il, martın 2(15)-də və
oktyabrın 25-də (7 noyabr) ali icraedici, sərəncamverici və qanunverici orqan
kimi fəaliyyət göstərən Müvəqqəti hökumət və onun başçısı A.F.Kerenski (1881-
1970) nəzərdə tutulur.

278
   273   274   275   276   277   278   279   280   281   282   283