Page 273 - book-online
P. 273
Àòàìûí äîñòëàðû
o incә istehza ruhu ilә dәrhal “Firәng Əhmәd” lәqәbini
vermişdi. Atam da bu lәqәbi qәtiyyәn öz üzәrindәn
atmaq fikrinә düşmәdәn pal-paltarından, zahiri görü-
nüşündәn tutmuş düşüncәlәrinә qәdәr şәhәrdәki çoxluğun
yaşam tәrzi ilә әks olan davranış vә hәrәkәtlәrdәn çәkin-
mәmişdi. Lakin bunları edәrkәn hәm dә şәhәrin bütün
ictimai tәbәqәlәrinә daxil olan insanlarla ayrı-ayrılıqda
münasibәt qurmağı da yaddan çıxarmırdı. Hә a tәәs-
sübkeşlәr mühitindә dinlә bağlı mübahisәlәrdә sәlahiyyәt
sahibi kimi söz alıb danışmaqdan çәkinmirdi. Tәrәqqi
vә inkişaf tәrәfdarları ilә birlikdә türk-islam dünyasının
yüksәliş yolları ilә bağlı layihәlәr cızır, ilk türkcә qәzetin
(müәllif sәhv edir, yaxud da XX yüzillikdә çıxan ilk
anadilli mәtbu orqanı nәzәrdә tutur. Çünki Azәrbaycan
milli mәtbuatının pioneri 1875-1877-ci illәrdә H.Zәrdabinin
naşirliyi vә redaktorluğu ilә çıxan “Əkinçi” idi – V.Q.)
әsasını qoymağa hazırlaşırdı. Bütün bu hazırlıqlar arasında
Qarabağın qәdim, әsil-nәcabәtli ailәlәrindәn biri olan
Vәzirovların – yәni Vәzirzadәlәrin yeganә qızı Sitarә
xanımla evlәnmәyә dә qәrar vermişdi.
Anamın ailәsi bu izdivaca razı deyildi. Amma o özü
söhbәtlәri, mübarizәlәri, islam vә türk qadınlarının da
kişilәr kimi oxuyub tәhsil almaları uğrunda cәsur
münaqişәlәri ilә tezliklә adı şәhәrdә dildәn-dilә düşәn
Əhmәd bәyә әrә getmәk istәyirdi. Anam qәrarında elә
әzmli idi ki, sonda ailәsinin bütün müqavimәtini qırmağa
müvәffәq olmuşdu.
Aradan uzun illәr keçәndәn sonra atamla anam
övladlarının, bәzәn isә çox yaxın saydıqları dostlarının
yanında bu evlәnmәnin sәrgüzәştlәrini anladır, bir-
birlәrinin o zamankı hallarını vә hәrәkәtlәrini zarafatla
xatırlayıb gülür, әylәnirdilәr.
273