Page 269 - book-online
P. 269
Àòàìûí äîñòëàðû

göndәrdiyi dәvәtә әsasәn mәrhum Mendereslә1 birlikdә
Xorxordakı mülkә getdiyimiz günü xatırlayıram. Bir çox
Ocaq üzvlәri dә burada idi. Menderes uzun, hәyәcanlı
vә sәmimi danışdı. Ayrıldıqları zaman baş nazirin
qәlbindә buraxdığı tәsiri sonra mәnә belә anlatmışdı:
"Özümü heç vaxt Adnan bәyin o gün olduğu qәdәr
Ocaq üzvü, Ocağa yaxın hiss etmәmişdim. Bizә, niy-
yәtlәrimizә, xidmәtlәrimizә mәndәn daha yaxşı bәlәddir,
gördüyümüz işlәri mәndәn daha ürәklә tәqdir edirdi".

Bәs sonra araları nәdәn pozuldu? Hәyatının çeşidli
tәcrübәlәrindәn gәlәn qorxuları vardı. Bir dә üstәlik,
Ocaq binaları mәsәlәsi ortaya çıxmışdı. Cümhuriyyәt
Xalq Partiyası әmlakının lәğvi davasında binaları geri
almaq ümidi ilә Demokrat Partiyası iqtidarının tәrәfini
tutdu. Amma, tәәssüf ki, gözlәdiyi alınmadı. Sadәcә
mәrkәz binası ilә bir neçә ilçәdәki bәzi binaları, o da
mülkiyyәt hüququ dövlәtdә qalmaq şәrti ilә geri
qaytardılar. Bu nәticә ondan ötrü böyük bir ümidsizlik
vә üzüntü mәnbәyi oldu.

Sonuncu dәfә 1958-ci ildә görüşüb danışdım. Xanımım
Nәriman Ağaoğlu2 ilә ziyarәtinә getmişdik. Xәstә idi.
Bizi yataqda qәbul elәdi. Üzü tәraş olunmuşdu, saçı vә
bığları sәliqә ilә daranmışdı. Yastığın üstündәki, ilk ba-
xışdan sanki yaşı ilә heç bir әlaqәsi olmayan fәrqli bir
qafa idi. Amma gözümdәn qaçmadı. Baxışlarında, gülüm-

1 Adnan Menderes (1899-1960) – türk siyasətçisi və dövlət xadimi, 1950-1960-
cı illərdə baş nazir. Səməd Ağaoğlunun yaxın dostu və silahdaşı idi. Hərbi çevriliş
nəticəsində devrildikdən sonra Yassıada məhkəməsinin qərarı ilə 1961-ci il,
sentyabrın 27-də edam edilmişdi.
2 Zəhra Nəriman Ağaoğlu (1912-1984) – Səməd Ağaoğlunun xanımı. Әrinin
ömürlük həbs cəzasına məhkum edildiyi 1961-ci ildə böyük siyasətə atılmış,
Әdalət Partiyasından 12-ci və 13-cü Türkiyə Böyük Millət Məclisinə üzv seçilmişdi.
Uzun illər Türkiyə Qadınlar Birliyi İdarə Heyətinin üzvü olmuşdu.

269
   264   265   266   267   268   269   270   271   272   273   274