Page 268 - book-online
P. 268
ìÿä Àüàîüëó

Bütün başlar әvvәlcә geriyә, sonra isә sinәyә tәrәf
әyildi.

Aradan daha bir neçә ay keçәcәk, Atatürkün arzusu
ilә zahirdә baş tutan barışıqdan bir müddәt sonra Ocaqlar
"Tarixi vә milli vәzifәlәrini uğurla hәyata keçirib başa
vurduqlarına” görә bağlanacaq, üzvlәri isә әksәrәn
Cümhuriyyәt Xalq Partiyasının tәrkibinә qatılacaqdılar.

Onun bir neçә il (әslindә tam 13 il – V.Q.) sәfir kimi
mәmlәkәt hüdudundan kәnarda yaşamasında bu
macәranın böyük rolu olmuşdu. Hәr kәsdәn küsmüşdü.
Yenidәn yurda döndüyü zaman qәlbi daha Xalq
Partiyasının yanında deyildi. İlk fürsәt düşәn kimi
aralarındakı son bağların da qopacağı bәlli idi. Bu mәnada
Demokrat Partiyasının qurulmasını sevinclә qarşıladığını
deyә bilәrәm. Tәkrar millәt vәkili olduğu Xalq Partiyası
qrupunda artıq mövcudluğu ilә bağlı ilk işarәlәri verәn
Demokrat Partiyasının gәlәcәk qurucularını dörd bir
tәrәfdәn mәruz qaldıqları hücumlardan mәtanәtlә qoru-
du. Ən çox da Cәlal Bayarın1 arxasında dayandı. Demokrat
Partiyasının mövcudluğunu yazıları ilә dә dәstәklәdi vә
1948-ci ildә Cümhuriyyәt Xalq Partiyasının sıralarından
çıxaraq 1950-ci il seçkilәrindә Demokrat Partiyasından
müstәqil namizәd olmaq tәklifini qәbul etdi. Bu dövrdә
artıq Türk Ocaqları da yenidәn açılmışdı. İndi bütün fik-
ri-zikri әski Ocaq binalarını geri almaq idi. Bu mәqsәdlә

1 Cəlal Bayar (1883-1986) – türk siyasətçi və dövlət xadimi, Türkiyə Cümhu-
riyyətinin üçüncü prezidenti. 27 may 1960-cı il dövlət çevrilişi nəticəsində devrilmiş,
Yassıada məhkəməsinin qərarı ilə sonradan ömürlük həbslə əvəzlənən edam
cəzasına məhkum edilmişdi. 1964-cü ildə yaşına və səhhətinə görə azad edilmiş,
1974-cü ildə isə siyasi hüquqları tam bərpa olunmuşdu.

268
   263   264   265   266   267   268   269   270   271   272   273