Page 270 - book-online
P. 270
ìÿä Àüàîüëó

sәmәsindә, danışığında gizlәtmәyә çalışdığı yorğunluq
sezilirdi. Sonra fәrqinә varmadan mövzudan-mövzuya
keçirdi. Sanki başladığı söhbәti bitirmәk istәmir, ya da
bacarmırdı. Yenә Ocaqlardan hәyәcanla bәhs etdi. "Sayları
artacaq, artacaq!" – deyirdi. Sözü birdәn Menderesin
üzәrinә gәtirdi. Şikayәtçi, darğın, incik idi. Tәbii ki,
Ocaqlar mәsәlәsinә görә. Demokrat iqtidarını bu qurumu
anlaya, hәqiqi dәyәrini verә bilmәmәkdә suçlayırdı. Bir
xatirәsini danışdı:

Zәfәrdәn sonra Atatürklә birlikdә ilk dәfә İstanbula
gәlirlәr. Ayrıldıqları vaxtdan illәr keçmişdi. Qaranlıq
günlәr içindәn adlayıb aydınlığa çıxmışdılar. Vәtәn xaini
adlandırılmaqdan vәtәnin xilaskarı olmağa qәdәr yük-
sәlmişdilәr. "Ərtoğrul" yaxtasının göyәrtәsindәn İstanbula
baxırdılar. Camilәrin azan verilәn balkonlarından tutmuş
evlәrin damlarına qәdәr hәr tәrәf insan dәnizi idi. Bütün
İstanbul ayaqda hazır dayanmışdı, bir yaşında uşaqdan
sәksәn yaşlı ixtiyara qәdәr hәr kәs Atatürkün istiqbalına
çıxmışdı. O, üzünü Qaziyә tutaraq "Allah bilir, nә qәdәr
hәyәcanlısınız!" – deyir. Qazi hәmsöhbәtinin әlini götürüb
sinәsinin üstünә qoyur: "Orada bir hәyәcan hiss
edirsәnmi?"

Qazinin ürәyi sakit imiş.
"Yox, paşam".
"Bax, nәdәn yox, deyim, çünki yaxşı bilirәm: elә gün
gәlәr ki, bu qara kütlә bizi döyüb-öldürmәk üçün dә
belәcә toplana bilәr".
Bu hekayәni ilk dәfә eşitdiyim gündәn sonra tez-tez
yadıma salırdım.
Onu hәyatda sonuncu dәfә yenә Xorxordakı mülkündә
gördüm. Amma sadәcә ölüsünü. İkinci qatın tam nәr-
divanların qarşısına çıxan şüşәli salonunda masaya

270
   265   266   267   268   269   270   271   272   273   274   275