Page 276 - book-online
P. 276
ìÿä Àüàîüëó

evimizin qonaq otağından Fatih camisinә baxdığım
zaman göyә alov vә duman sütunlarının qalxdığını gör-
düm. Bağıraraq anamı çağırdım. Anam qarşıda açılan
dәhşәtli mәnzәrәyә baxdı, heç nә demәdәn mәni pәn-
cәrәnin qabağından kәnara çәkdi. Günortaya qәdәr yan-
ğın artıq evimizә çatmış vә Aksaray tәrәfә keçmişdi.

Evimizin yanması xәbәrini eşidәn atam qısa müddәtә
geri dönüb Sәrracxanabaşındakı Hacı Arif Paşanın mәşhur
köşkünü kirәlәdi, bizi orada yerlәşdirdikdәn sonra yeni-
dәn Qafqaza, Nuri Paşanın yanına qayıtdı.

Yeni köçdüyümüz yer böyük bağça içәrisindә iri,
geniş, işıqlı otaqları olan rahat bir ev idi. Uşaqlığımızın,
ailәmizin әn iztirablı illәrinin burada keçmәsi, görünür,
taleyimizә yazılıbmış. İndi Fatih mәhәllәsinin sol tәrәfindә,
Aksaraya enәn yolun üzәrindәki yaşıllıq әrazi hәmin o
dediyim bağçadır. Fürsәt düşdükcә ora gedirәm, bir
skamyada oturub o keçmiş illәri xatırlayıram.

Birinci Dünya müharibәsi Osmanlı üçün mәğlubiy-
yәtlә bitmiş, İ ihad vә Tәrәqqi hökumәti iş başından
çәkilmişdi. Firqәnin rәhbәrlәri mәmlәkәti buraxıb getmiş-
dilәr. Atam isә hәlә Azәrbaycandan geri dönmәmişdi.
Anam “Gәlәr-gәlmәz onu da yaxalayacaqlar” – deyir,
yaxınlaşan fәlakәtli günlәrin ağırlığını hisslәri, duyğuları
ilә dәrk edirdi. Nәhayәt, atam qayıtdı. Lakin elә gәldiyi-
nin ertәsi günü şiddәtli sәtәlcәmdәn yorğan-döşәyә düş-
dü. Üç-dörd gün sonra, bir gecәyarısı evimizin bağçası
polislәrlә doldu. Zәif bәdәnli, ucaboylu, tәrbiyәli adam
olan polis komissarı “Bu gecә evinizә oğru gәlәcәyi haq-
qında xәbәr aldıq, mühafizә üçün gәldik” – dedi. Anam
ona oturmaq üçün kürsü göstәrdi vә hәzin tәbәssümlә
“Xeyr, oğlum, siz әrimi tutmağa gәldiniz. Amma indi

276
   271   272   273   274   275   276   277   278   279   280   281