Page 262 - book-online
P. 262
ìÿä Àüàîüëó
azsaylı cәsur insanlardan idi. Türkiyә Birinci Böyük
Millәt Mәclisindә bu tәklif ilk dәfә sәslәnәndә çox sәrt
şәkildә müqavimәt göstәrmişdi: “Bir millәti yaşatmaq
üçün savaşanların öz aralarından ortaya çıxaracaqları
mәhkәmәlәrlә ölüm saçmağa haqqı ola bilmәz!” – deyә
hayqırmışdı. İllәr sonra Şeyx Sәid üsyanı ilә әlaqәdar
qurulan Ankara İstiqlal Mәhkәmәsinә üzv tәyin olunmuş
mәrhum doktor Rәşid Qalibә1 “Sәn doktorsan, – demişdi, –
insanları yaşatmaq üçün elm oxumusan. Bәs onda hansı
mәntiqlә insanları öldürmәk üçün qurulan mәhkәmәdә
vәzifә alırsan?”
Türk milliyyәtçiliyinә bu qәdәr dәrindәn inanan,
milliyyәtçi fikrin xudpәsәnd, xudbin tәrәflәrini heç vaxt
qәbul etmәyәn bir adamın Əli Çәtinqayadan güc umması
onu sevәn hәr kәsi şaşırtmış, üzmüşdü.
Milliyyәtçiliyinin ardınca bir dә Qәrb mәdәniyyәtinin
öndәrliyinә inanırdı. “Türkiyә ancaq Qәrb mәdәniyyәtinә
yiyәlәnmәklә güclü olacaq. Bu mәdәniyyәtin bütün
müәssisәlәri ölkәmizdә qәbul edilmәlidir” – deyirdi.
Milli Mücadilәyә dә elә ilk gündәn bu inancla
qatılmışdı. İnancını sona qәdәr, bir kimsәnin önündә
geri çәkilmәdәn müdafiә etdi. Birinci Böyük Millәt
Mәclisinin ilk aylarında az qala Mustafa Kamal Paşa
qәdәr tanınmış adam olduğu halda, yenә dә sırf bu
inanca görә nüfuz qeyb etmәkdәn çәkinmәdi. Birinci
Böyük Millәt Mәclisi hökumәtinin maarif vәkili kimi
Müәllimlәr Birliyinin şәrәfinә verdiyi çay süfrәsinә qadın
müәllimlәri dә çağırması o zaman Ankara mühitindә
sәs-küylü bir hadisәyә çevrilmişdi. Ünvanına sәslәndirilәn
tәnqidlәrin müqabilindә “Mәn bu vәkalәtdә qaldıqca,
1 Rəşid Qalib (1893-1934) – türk siyasətçi, həkim və dövlət xadimi
262