Page 260 - book-online
P. 260
ìÿä Àüàîüëó

üstünlük verirdi. Ankaranın bu hissәsinin tez bir zamanda
yeni evlәr, yollar, küçәlәr, parklar, bağlarla abadlaşıb
inkişaf etmәsinin yanında Keçiörәnin ilk sahiblәri olan
katolik ermәnilәrdәn qalma üstü qırmızı kirәmitli daş
evlәri, daş döşәnmiş yolları, meyvә ağacları vә üzüm
tәnәklәri ilә süslәnmiş yaşıllığı nәticәsindә yaylaq kimi
bir yerә çevrilirdi. Bu bağlarda әn birinci ev alan atam
olmuşdu. Ardınca o birilәr dә gәldilәr. Gecәlәr qadınlı-
kişili hamı bir yerә toplaşırdı. Fikir mübadilәlәrini siyasi
dedi-qodular, arxasınca da müxtәlif ailә әylәncәlәri tәqib
edirdi. Şeirlәr oxunur, şәrqilәr söylәnirdi. Belәcә, Keçiörәn
bağları Ankaranın zahirәn, bәlkә dә, çox mütәvazi, amma
mәna vә mühit baxımından mәdәni bir guşәsinә
çevrilmişdi. Atamın dostu sakinlәrin hәr birinin qatıldığı
belә axşamların hәqiqi yaraşığı idi. Kiçikyaşlı iki oğlu
da atalarına qoşulub mәclisә ayrı rәng verirdilәr.
Uşaqlarının gәlәcәyi ilә bağlı çox böyük planları vardı.
Amma, tәәssüflәr olsun ki, illәr sonra bu xәyalların bir
qismi oğullarından birinin gәnc yaşda ölmәsi ilә
başlanğıcda qırılacaq, bir qismi dә yarımçıq qalacaqdı.

Burada onun, dәrdlәrini içindә çәkmәyi bacaran
adam olduğunu ayrıca qeyd etmәliyәm. Dәrin hissiyyat
sahibi idi. Hә a öncәdәn sezdiklәri, ürәyinә damanlar
röyalar alәmi vә ruhlarla mәşğul olan elm adamlarını
maraqlandıra bilәcәk dәrәcәdә idi. Kim bilir, bәlkә, elә
bu öncәdәn sezmәlәr nәticәsindә bәzәn anlaşması çәtin
mәqamlarda әn yaxın dostlarından belә zaman-zaman
ayrılır, tam tәcrid olunurdu. Atamla adicә bir zarafat
üzündәn araları çox möhkәm dәymişdi. Bu inciklik
illәrlә, tam atamın ölümünә qәdәr davam etdi. Bizә
münasibәtdә isә sanki heç bir şey olmamış kimi davranırdı.
Amma neçә illik dostu ilә danışmırdı. Hә a bundan da
irәli getdi – atam ölәndә cәnazә mәrasiminә gәlmәdi.

260
   255   256   257   258   259   260   261   262   263   264   265