Page 205 - book-online
P. 205
Àòàìûí äîñòëàðû

yerlәrini tutmaq üçün mәmlәkәtә dönmüşdü. Qәribә
işdir! Birincilәr Zәfәr qazanılana qәdәr Avropada rahat,
qayğısız hәyat sürdülәr, yalnız bundan sonra Türkiyәyә
qayıtdılar. Hә a tәkrarәn yeni dövlәtin başına keçmәk
iddiasından da çәkinmәdilәr.

Göz hәkimi paşa haqqında aşağıda danışacağım
hekayә dә әsarәt hәyatındakı nәcibliklә bağlı misallardan
biridir.

Atamın sağ gözü gәncliyindәn xәstә idi. Uzun
müddәt fikir vermәdiyindәn, nәhayәt, görmә qabiliyyәtini
itirmişdi. Maltada hәmin görmәyәn göz birdәn-birә çox
şiddәtlә ağrımağa başlayır. Sol gözdә dә görmәnin
zәiflәdiyi aşkara çıxır. Hәbsxananın hәkimlәri kәnardan
tanınmış, tәcrübәli mütәxәssis gәtirilmәsini tövsiyә
edirlәr. Dәvәt olunan doktor xәstәnin görmәyәn gözünün
dәrhal çıxarılmasının lazım gәldiyini, әks-tәqdirdә, o
biri gözün dә görmә qabiliyyәtini itirәcәyini söylәyir.
Hәbsxana hәkimlәri belә ağır әmәliyyatın mәsuliyyәtini
öz üzәrlәrinә götürmәk istәmirlәr. Kәnardan gәlәn doktor
isә әlli ingilis lirәsi zәhmәt haqqı tәlәb edir. Atam mәslәk,
peşә baxımından özünә әn yaxın saydığı zәngin dostundan
hәmin mәblәği aşağıdakı şәrtlәrlә istәyir:

“Buradan qurtarar-qurtarmaz, әlimә ilk imkan
düşәn kimi borcunu ödәyәcәyәm. Mәn ölsәm, uşaqlarım
hәmin pulu sәnә qaytaracaqlar. İkimiz dә ölsәk, mәnim
övladlarım pulu sәnin uşaqlarına verәcәklәr. Bütün bu
şәrtlәri dә yoldaşlarımızın hüzurunda, onların şahidliyi
vә imzaları ilә bir sәnәddә yazıb imzalarımızı atacağıq”.

Müraciәt etdiyi adam atama “Xeyr, Əhmәd bәy, –
deyә cavab verir. – İnsan әsarәtdә nә borc istәyәr, nә dә
borc verәr”.

Atam mәsәlәni göz doktoru paşaya danışır. Doktor

205
   200   201   202   203   204   205   206   207   208   209   210