Page 200 - book-online
P. 200
ìÿä Àüàîüëó
müsibәtdәn üzüldülәr. Yaşı vә xәstәliyi әfvә düşmәsinә
imkan verirdi. Darğınlıq vә qırğınlıqları ilә yerin yeddi
qatına gömmәkdәn çәkinmәdiyi bir qisim insanlar, hiddәt
vә kinlәri ilә әn insafsız hücumlara hәdәf seçdiyi iqtidar
rәhbәrlәri әfvi üçün edilәn müraciәtlәrә laqeyd
yanaşmadılar. Tezliklә hәbsdәn çıxdı.

Fәqәt, heyhat! Əfvdәn sonra şәxsiyyәtlәrinә
toxunduğu üçün mәhkum olunduğu insanların ziyarәtinә
getdiyi, yardımlarına görә minnәtdarlığını bildirdiyi za-
man verdiyi vәdlәrә, dediyi sözlәrә rәğmәn aradan az
müddәt keçәndәn sonra onlara әvvәlkilәrdәn dә min
dәfә acı, min dәfә ağır yazılarla "tәşәkkür etdi!" Onun
dözülmәz iftiralarla dolu mәqalәlәri qarşısında bir neçә
ay bundan әvvәl әfvi üçün ağız açanların yalnız yeganә
tәsәllisi vardı: bu da insanlıq vәzifәlәrini yerinә yetirmәlәri
ilә bağlı inanc idi!

Hәbsdәn çıxandan az sonra son xәstәliyi onu bir
daha ayağa qalxmamaq üzrә yatağa saldı. Bir gecәyarısı
isә tәbiәtinin bütün tәzadlarına, qüruruna, mәnәm-
mәnәmlik iddialarına baxmayaraq, son әlli ilin әn böyük
türk qәzetçisi olmaq imtiyazını heç zaman әldәn vermәyәn
bu insan hәyata gözlәrini әbәdilik yumdu.

200
   195   196   197   198   199   200   201   202   203   204   205