Page 196 - book-online
P. 196
ìÿä Àüàîüëó

düşünәnlәr, aralarında baş redaktor da olmaqla, 1950-ci
il seçimlәrinin nәticәlәri qarşısında heyrәtdәn özlәrini
itirdilәr. Elә bil yazmaq vә danışmaq qabiliyyәtlәri dә
kürsülәri ilә birlikdә qeyb olmuşdu. Yalnız atamın bu
dostu iyirmi yeddi ilin içindәn yıxıla-dura, dar ağaclarının
kölgәsi, hәbsxanaların nәm, rütubәtli divarları, sürgün
günlәrinin mәlal vә hüzur dolu açıqlamalarının ardından
yolunu davam etdirmәkdә idi.

Yәqin ki, bu sәbәbdәn dә şaşırmamışdı. Bәlkә, mәnә
dә söylәdiyi kimi, indi Allah ona xatirәlәri könlünü qa-
raldan keçmişin intiqamını (o, bir zamanlar inkar olunan,
lağ hәdәfinә çevrilәn qәlәminin intiqamını!), zülmünә
uğradığı partiyanı, insanları, hә a tәk bir şәxsi müdafiә
vasitәsi ilә almaq imkanını әta etmişdi?!

1950-ci il seçimlәrindәn sonra bir neçә ay davam
edәn silsilә yazıları ilә Cümhuriyyәt Xalq Partiyasına mü-
xalifәtdә tuta bilәcәyi yolu mәhz onun göstәrdiyini de-
yә bilәrәm. Bu, fәaliyyәtinin ilk günündәn başlayaraq ye-
ni iqtidarın gördüyü vә görәcәyi bütün işlәri bәyәnmәmәk,
qaralayıb gözdәn salmaq, rәdd vә inkar etmәk yolu idi.

Müxalifәt qatarını fikir, ideya baxımından relslәr
üzәrinә qoyandan sonra sanki heç bir şey baş vermәyibmiş
kimi, seçimlәrdәn öncә tәyin edildiyi “Fәlәstin Mühtәlit
Komissiyasındakı” üzvlük vәzifәsini Demokrat Partiyası
hökumәtindәn istәmәkdәn dә çәkinmәdi. Hәm dә almağa
müvәffәq oldu vә bundan sonra bir müddәt sәhnәdәn
uzaqlaşdı. Lakin sakitlik dövrü çox qısa sürdü. Atamın
dostunun hәmin vәzifәdә saxlanılması nә Demokrat
Partiyası iqtidarının, nә dә Xalq Partiyası müxalifәtinin
işinә yaradı. O da vәziyyәti belә görüb, artıq hәyatının
son gününә qәdәr mübarizәsini davam etdirmәk әzmi
ilә mәmlәkәtә döndü.

196
   191   192   193   194   195   196   197   198   199   200   201