Page 197 - book-online
P. 197
Àòàìûí äîñòëàðû

Qәlәmi yenә kәskin, iynәli idi. Yalnız bu dәfә hәmin
qәlәmin ucundan kağızlara tökülәn sәtirlәrdә kobudluq,
saymazyanalıq da gözә çarpırdı. Belә kobudluq zaman-
zaman söyüşlәrә, açıq tәhqirlәrә varacaq dәrәcәdә
genişlәnmişdi.

Bu köhnә siyasәtçinin, әlli ildәn bәri fikir vә siyasәti
bir arada yürüdәn insanın yazı üslubunun birdәn-birә
dәyişmәsinin sәbәbi nә idi? Mәtbuat azadlığının, ifadә
azadlığının, hә a kütlәlәri hәr cür hәrәkәtlәrә tәhriketmә
azadlığının hökm sürdüyü bir zamanda üslubunun
birdәn-birә bu qәdәr dәyişik şәklә düşmәsinin, incәlik
vә zәrifliyini itirmәsini necә izah etmәk olardı? Əcәba,
yeni iqtidarın alışdığı rahatlığı pozmasının acısı içindә
ixtiyarlaşdığına, iradәsinin әsәblәrinә hökm edә
bilmәmәsinә görәmi rahatlığını pozanlara kin vә nifrәt
dalğası onu bunca dәrindәn sarmışdı?

Sәbәb nә olursa-olsun, nәticә belә idi.
Atamın dostu indi iqtidarın üzdә ola bütün şәxslәrinә
qarşı savaşda әlinә düşәn heç bir fürsәti, heç bir imkanı
qaçırmadan hücuma keçmişdi.
Burada tarixi bir bәnzәrliyә diqqәti çәkmәk istәrdim.
Şübhәsiz, atamın dostu böyük tәcrübә sahibi idi.
Qәhrәmanlarından olduğu Mәşrutiyyәt inqilabı elan
edildiyi zaman hәr cür tәzyiqlәrdәn qurtulmuş mәtbuatın
yaratdığı hәyәcanlı anarxiyanı, 31 mart üsyanını yaxşı
xatırlayırdı. Üsyan nәticәsindә hürriyyәt savaşı üçün
dağlara çәkilmiş insanların, öz dostlarının, firqәsinin
artıq bu dәfә iqtidar kimi qәzetlәrә tәzyiq göstәrmәk
tәşәbbüslәrini, getdikcә şiddәtlәnәn qadağaların bir-
birini әvәz etmәsini, İ ihad vә Tәrәqqinin xalq arasındakı
nüfuzunu ilk növbәdә belә mәsәlәlәrlә bağlı itirdiyini
çox yaxşı başa düşürdü.

197
   192   193   194   195   196   197   198   199   200   201   202