Page 201 - book-online
P. 201
Àòàìûí äîñòëàðû
DOKTORLUQ VƏ SİYASƏT
Hәm siyasi, hәm dә elmi şöhrәti hәr tәrәfә
yayılan nadir insanlardan idi. Nuruosma-
niyyәdәki1 evi vә müalicәxanası ilә İ ihad
vә Tәrәqqi Partiyasının qırmızı köşkü arasındakı mәsafә
o qәdәr dә çox deyildi. Xәstәlәrinin yanından asanlıqla
partiya ümumi mәclisinin toplantılarına gәlir, iclas qur-
tarandan sonra isә yenә eyni asanlıqla xәstәlәrin yanına
dönürdü. Sәrtliyә, qәtiliyә varan ciddiyyәti mәslәk
dostları, firqә yoldaşları ilә bir sırada firqә üzvlәrinә dә
eyni tәsiri göstәrirdi. Dövrünün tanınmış göz hәkim-
lәrindәn olan bu mәşhur şәxsiyyәt hafizәmin әn dәrin
qatlarında Ömәr Naci, Ziya Göyalp, Hüseynzadә Əli
bәy, Yusif Akçura, Cәlal Sahir kimi, atamla bәrabәr xatır-
ladığım insanlar arasındadır. Yuvarlaq ağ sifәtindәki
ucları yuxarı burulmuş bığlarının yaratdığı bir az özündәn
razılıq tәsirini içәridәn gülәn, şәfqәtli, xәfif istehzalarla
dolu gözlәri hәmin andaca yox edirdi. Atamın ailәliklә
yaxın münasibәt saxladığımız çox istәkli dostlarındandı.
Evinin pәncәrәlәrindәn ağımsov rәngli qumaşdan pәrdәlәr
asılmış tutumlu, ağır әşyalarla dolu otaqlarında atamla
ev sahibinin, anamla ikinci arvadının – gәnc xanımının
söhbәtlәri xәfif pıçıltı kimi qulaqlarımda sәslәnmәkdәdir.
Atam da, doktor da әtrafda cәrәyan edәn hadisәlәrdәn
narazı, şikayәtçi idilәr, bәzi sui-istifadә hallarından,
1 Nuruosmaniyyə – İstanbulun Avropa hissəsində, Fatihdə tarixi məhəllə
201