Page 199 - book-online
P. 199
Àòàìûí äîñòëàðû

tәhqirlәrlә dolub-daşırdı.
1954-cü il seçimlәri onu Mәclisdәn dә uzaqlaşdırdı.

Bu, atamın dostu üçün mәnәvi olduğu qәdәr dә maddi
sarsıntı idi. Millәt gerçәk seçimdә onun namizәdliyinә
sәs vermәmişdi. Halbuki xalqın gözündә qәhrәman
sayıldığını zәnn edirdi. İndiyә qәdәr vәtәndaş cәsarәtinin
bir rәmzi, heykәli kimi bütlәşdirilәn insan hansı sәbәblәr
üzündәn yenә dә bir heykәl kimi yıxılıb parçalana bilir-
di?

Bu mәnәvi acılarla yanaşı maddi sıxıntıları da özünü
göstәrirdi. Atamın dostu ömrünün hәr çağında yaxşı
yaşayışın, lüks hәyatın aşiqi kimi tanınmışdı. Amma
buna heç zaman hansısa başqa yollarla nail olmamışdı.
Yazılarının, mәmurluq fәaliyyәtinin, kitablarının gәtirdiyi
qazancdan özgә gәliri yox idi. Bu mәnada bezsә dә,
yorulsa da, xәstәlәnsә dә, yazmaq, durmadan yazmaq
mәcburiyyәtindә idi.

Artıq sәksәn yaşına tam yaxınlaşdığı vaxtda girdabına
düşdüyü maddi, mәnәvi acıları, az da olsa, sakitlәşdirә
bilәcәk mәlәk – mәrhum oğlunun xanımı hәmişәki kimi
yenә yanında idi. Elә isә onun şәfqәtli әllәri, insana
rahatlıq vә tәsәlli verәn baxışları altında qürur vә
cәsarәtindәn heç bir şey qeyb etmәdәn mübarizәsinә
davam edә bilәrdi. Hәm dә iztirabların, acıların daha da
kәskinlәşdirdiyi qorxunc bir kin vә hiddәtlә!

Atamın dostu günlәrin birindә, dünyanın hәr
mәmlәkәtindә, hәr mәhkәmәdәn ala bilәcәyi haqlı bir
mәhkumiyyәtlә hәbsә girdi. Hәyatının son dәmindә
yalnız hisslәrinә mәğlub olmanın ortaya çıxardığı bir
nәticә onun ruhunda nәlәr yaratdı – bunu kimsә bilmir!
Sadәcә sevәnlәr dә, sevmәyәnlәr dә, qәlәminin әn acı
iynәlәrinә hәdәf olanlar da, olmayanlar da başına gәlәn

199
   194   195   196   197   198   199   200   201   202   203   204