Page 171 - book-online
P. 171
Àòàìûí äîñòëàðû
Esendal İ ihad vә Tәrәqqi dövründә Qara Kamalın
yanında olmuş, әsnaf cәmiyyәtlәrindә onun nüfuz vә
tәsirini yaymağa çalışmışdı. Milli Mücadilә illәrindә
Tiflis vә Əfqanıstanda1 xüsusi tәmsilçisi vәzifәsini yerinә
yetirmişdi. Yenә Milli Mücadilә illәrindә Ankarada
“tәsanüdçülәr” adı altında, “mәslәki tәşәkküllәrә” (peşә
qurumlarına – V.Q.) әsaslanan bir dövlәt tәşkilatı ideyası
üzәrindә işlәyәnlәrlә birlikdә çalışdığı mәlumdur.
Zәfәrdәn sonra bir müddәt İstanbulda “Mәslәk”2
mәcmuәsini çıxararaq cağdaş türk cәmiyyәtinә yarısosialist
fikirlәr aşılamağa tәşәbbüs göstәrmişdi. Eyni sıralarda
bәdii yaradıcılıqdan da uzaq düşmәmişdi. Bir sıra dәyәrli
hekayәlәr yazmışdı.
Mәmduh Şövkәt özünün bütün fәaliyyәt sahәlәrindә
mistik zehniyyәt sahibi olduğunu hәr tәsadüfdә göstәrirdi.
Halı, xasiyyәti, yaşayışı kimi, fikirlәrini anlatmaq tәrzi
dә dәrvişanә idi. Danışığı, söhbәti sanki minbәrdәn
oxunan vәzә, xütbәyә bәnzәyirdi. İşinә yaramadığı hal-
larda qarşısındakının düşüncәsini lağa qoymaq fürsәtini
dә әldәn vermәzdi.
Ticarәt vәkalәtinin hazırladığı bәzi qanunlarla bağlı
müәyyәn dövrdә onunla sıx tәmaslarım olmuşdu. Mәnә
elә qәribә fikirlәr söylәmişdi ki, bir ara bu adamın
qarşısındakına nәyi tәlqin etdiyinә şübhә ilә yanaşmağa
1 Məmduh Şövkət Esendal diplomat kimi fəaliyyətə Sovet Azərbaycanında
başlamışdı. 1920-ci ilin sentyabrında Atatürkün təşəbbüsü ilə “avamdan biri
olaraq” (proletariatın hakim qüvvə sayıldığı ölkəyə göndərildiyi üçün burada "xalq
arasından çıxmış adam" mənasında anlaşılmalıdır) TBMM hökumətinin təmsilçisi
kimi Bakıya gəlmiş və 1924-cü ilə qədər burada işləmişdi. Çox ehtimal ki, kitab
müəllifi Esendalın fəaliyyətinin həmin dövrü haqqında məlumata malik olmamışdır
(Daha geniş məlumat almaq üçün: Vilayət Quliyev. Məmduh Şövkət Esendal –
Bakıda ilk Türkiyə diplomatı, 525-ci qəzet, 7, 14 fevral 2007-ci il, say 35, 36).
2 “Məslək” – 1925-ci ildə Memduh Şövkət Esendalın redaktorluğu ilə İstanbulda
nəşr olunan həftəlik ictimai-siyasi və ədəbi qəzet.
171