Page 170 - book-online
P. 170
ìÿä Àüàîüëó
sayını artırmalı idi. Yalnız onlara arxalanıb mәqsәdә
doğru hәrәkәtini davam etdirә bilәrdi.
Bir halda ki, Atatürkün siyasәt meydanından
uzaqlaşdırdığı adamlar tәkrar sәhnәyә qayıdırlar, bir
halda ki, Atatürk dövrünü pislik vә istibdad dövrü kimi
qәlәmә vermәk meyili mövcuddur, hә a Atatürkü unut-
durmaq, xalqın yaddaşından silmәk üçün xüsusi sәylәr
göstәrilir – elә isә nә üçün başqa birini gözlәmәdәn özü
qatı atatürkçü rolunda çıxış etmәsin? Əgәr bunu bacarsa,
Atatürk әleyhinә çıxışlardan narazı olanların hamısını
әtrafına toplaya bilәr, onların başında dayanıb istәdiyi
bütün hücumlara asanlıqla vә cәsarәtlә atıla bilәr.
1943-cü il seçimlәrinә mәhz belә planla hazırlaşmağa
başladı. Tanıdığı әksәr gәnc siyasәtçilәrlә görüşlәr keçirdi,
onlara ümid verdi, millәt vәkili seçilmәlәrinә çalışdı.
Ətrafındakılara aşılamaq istәdiyi fikir bu idi: “Vәziyyәtә
klerikal zehniyyәt hakim olmağa başladı. Bu, bir tәrәfdәn
irticanın diktatorluğunu hazırlaya, o biri yandan mәmlәkәti
qardaş qırğınına apara bilәr. İnqilabların taleyi tәhlükә
altındadır”.
Elә bu әrәfәdә dә onunla bәzi görüşlәrim oldu.
Mәnә mövqeyini izah etdi: Xalq Partiyasını daxildәn
islah etmәk fikrindә yenә dә israrlıdır. Mәn vә mәnim
kimi gәnclәr qarşıdan gәlәn seçkilәrdә mütlәq Mәclisә
düşmәli, millәt vәkili olmalıyıq!
Lakin fәaliyyәti qarşısında başqa bir cәbhә dә
qurulmuşdu. Hәmin cәbhәni o zamanlar Xalq Partiyası
baş katibliyinә gәtirilәn mәrhum Mәmduh Şövkәt Esendal
idarә edirdi. Esendalın metodu, üsulu tamamilә fәrqli
idi. Bu üsul vә metodu anlada bilmәk üçün Mәmduh
Şövkәtin zehniyyәtinin, xarakterinin qısaca tәhlilini
vermәk yerinә düşәr.
170