Page 166 - book-online
P. 166
ìÿä Àüàîüëó

Böyük Millәt Mәclisi lәğv edilir. Yerinә mәşhur faşist
mәclisi kimi 40 nәfәrlik bir heyәt qurulur. Bu heyәt bü-
tün dövlәt idarәlәrini nәzarәt altında saxlayacaq, qanunlar
işlәyib hazırlayacaq, büdcәni müәyyәnlәşdirәcәkdi. Heyәt
üzvlәri ikimәrhәlәli seçimlәrlә müvafiq peşә sahiblәrindәn
seçilәcәkdi. Heyәtin rәisi eyni zamanda dövlәtin başçısı
olacaqdı. Atatürk gülәrәk mәruzәni geri qaytarmışdı.
“Bütün bunları mәn ölәndәn sonra edәrsiniz” – demişdi1”.

Siyasi hәyat dünyanın hәr yerindә çәtindir, hәr yerdә
alovdan geyilәn köynәkdir. Şәrqdә isә bu xüsusiyyәt
daha kәskin şәkildә üzә çıxır.

Siyasәt deyilәn azğın cıdır atının üstündә hәr özün-
dәn deyәn igid sona qәdәr duruş gәtirә bilmir.
Sağlamlıqdan, sәhhәtdәn tutmuş mәnәviyyata, әxlaqa
qәdәr insanı durmadan yeyәn bu hәyatın içәrisindә
müvazinәtini qoruya bilmәyәnlәr özlәrinin artıq tam
müvәffәq olduqlarını düşündüklәri gün süqutun tam
qarşısında dayanırlar.

İndi atamın Atatürklә bir söhbәtini xatırlayıram.
Böyük nitqini2 söylәdiyi günlәrin birindә Mәclis
koridorlarında atamdan “Nitqim haqqında nә fikirdәsәn?” –

1 Bu tarixi hadisə ilə bağlı başqa bir versiya da mövcuddur. Bəzi qaynaqların
bildirdiyinə görə, məruzə ilə tanış olan Atatürk İnönünün belə bir təklifə razılıq
verməsindən təəccüblənərək öz narazılığını “baş vəkil həzrətləri anlaşılan
yorğunluq səbəbindən önünə gələn kağızları oxumadan imzalayır” – demişdi.
Atatürkün həyatının son illərində içkiyə meyilinin artdığına işarə edən
münasibətini, İsmət İnönü əhatəsində faşist tipli idarəçiliyə ehtiyacı olan “Koskoca
bir məmləkət rakı süfrəsi arxasındanmı idarə ediləcək?” – şəklində bildirmişdi.
Sonda bu münaqişə həm İsmət İnönünün, həm də sənədi hazırlayan CXP baş
katibinin istefası ilə nəticələnmişdi.
2 Böyük nitq – türk qaynaqlarında Nutuk, yaxud Söylev adı ilə tanınır. Mustafa
Kamal Paşanın Cümhuriyyət Xalq Firqəsinin qurulmasının ikiilliyi münasibəti ilə
15-20 oktyabr, 1927-ci ildə Türkiyənin siyasi isteblişmenti, habelə yerli və xarici
jurnalistlər qarşısında ölkənin müasir tarixinin və siyasi həyatının bir çox
nöqtələrinə işıq salan nitqi nəzərdə tutulur. Burada görülən işlərə qiymət verilməklə
bərabər, həm də qarşıdakı perspektivlər üzərində dayanışmışdı.

166
   161   162   163   164   165   166   167   168   169   170   171