Page 162 - book-online
P. 162
ìÿä Àüàîüëó

Amma Sәrbәst Firqә özünün әn hәzin tәcәllilәrindәn
birini dә Milli şairin üzәrindә göstәrdi. Firqә dağıldıqdan
sonra daim diqqәt mәrkәzindә olan bu adam neçә ay
әrzindә bir küncdә gözdәn, könüldәn düşmüş, unudulmuş
halda yaşadı. Düşdüyü vәziyyәt onun üçün böyük dәrd
idi. Hәr dövrdә sәnәt vә siyasәt salonlarının hәqiqi
yaraşığı olmuşdu. İndi әski güldan kimi bir küncdә
atılıb qalmaq ona çox ağır gәlirdi. Qüruru ilә uğradığı
itki arasındakı çәtin mübarizәdә birinci mәğlub oldu.
Tәkrar millәt vәkili seçilmәk üçün sıra ilә müxtәlif
mәnsәb sahiblәrinin yanında olduqdan sonra axırda
Atatürkә ağız açdı. Artıq yenidәn Mәclisdәdir. Amma
xeyli solmuş, yıpranmış halda! Demәk olar ki, heç yerdә
gözә dәymirdi. Sanki әski Türk Yurdu vә Türk Ocaqları
ilә birlikdә o da köçüb getmiş, bu quruluşların uçuqları
altında yalnız köhnә vә quru sәs kimi qalmışdı.

Ankara Hüquq fakültәsinin üçüncü kursunda ikәn
Behcәt Kamal Çağlar1, Hifzi Oğuz Bekata2 kimi yaxın
dostlarımla birlikdә “Gәnc Türk Ədәbiyyatı Birliyi” adlı
dәrnәk yaratmaq istәyirdik. Ankarada köhnә Qız liseyinә
enәn küçәdә kiçik bir dükanı cәmiyyәt binası kimi kirayә
götürdük. Burada qanadları altına sığına bilәcәyimiz
mәnәvi rәhbәrә ehtiyacımız vardı. Halbuki ortada әllәrini
öpә bilәcәyimiz tәk bir insan qalmamış kimi idi. Ocaqların
әski rәislәri bir-birinin ardınca sıradan çıxmış, bәzilәri
siyasәtin, bir başqaları da öz әrköyünlüklәrinin qurbanı
olmuşdu. O zaman ağlımıza Milli şair gәldi. Onun
sevimli bәyaz üzü bir günәş kimi dağınıq qәlblәrimizi
әtrafına toplayıb hamımızın üstünә işıq saça bilәrdi.
Dәrhal qәrar verdik: gedib Milli şairlә görüşәcәk, birli-

1 Behcet Kamal Çağlar (1908-1969) – türk şairi, dramaturq, millət vəkili
2 Hifzi Oğuz Bekata (1911-1995) – türk şairi, siyasi xadim, millət vəkili

162
   157   158   159   160   161   162   163   164   165   166   167