Page 160 - book-online
P. 160
ìÿä Àüàîüëó
MİLLİ ŞAİR
İ ihad vә Tәrәqqi liderlәrinin az qala rәsmi şәkildә
tәqdim etdiklәri bu “Milli” adı ona hәr mәnada
vә hәr kәsdәn çox yaraşırdı. Şişman, iri vücudunun
üstündә bәmbәyaz saqqalı, solğun üzü, iri, açıq-mavi
gözlәri, titrәk sәsi ilә türk tarixinin әfsanәvi ozanlarına
bәnzәyirdi. Şair idimi? Xeyr! Sәnәtdәn bu qәdәr uzaq
şeirlәr yazan adam şair ola bilәrdimi? Amma tarix
sәhifәlәrinә nә uzunmüddәtli vali olması, nә dә millәt
vәkilliyi ilә düşdü. Tarixdә yerini mәhz “Milli şair” kimi
tutdu. Hәm dә unudulmaz, silinmәz, әsla yaddan çıxmaz
bir şәkildә! Bütöv bir nәsil uzun illәr boyu onun iki
misrasını milli oyanışın şәrqisi kimi durmadan tәkrarladı:
Mәn bir türkәm, dinim, cinsim uludur,
Sinәm, içim atәş ilә doludur.
Atamın dostları içәrisindә uşaqların, bütün dost-tanış
övladlarının әn çox sevdiyi sima onunku idi. İstanbulda,
Sәrәnçәbәy1 yoxuşundakı evi ilk uşaqlıq illәrimin parlaq
xatirәlәri arasındadır. Tәrtәmiz, sadә, zәrif әşyalarla
dolu rahat, könülaçan otaqlar. O göründüyü zaman
dәrhal sıraya düzülür, bir-bir yaxınlaşıb әlini öpürdük.
Bir az qalın vә sulu dodaqlarının istiliyini yanaqlarımda,
alnımda indinin özündә dә hiss edirәm.
Ondan şeirlәrini oxumasını xahiş edirdik. Əslinә
baxanda özü dә belә bir tәmәnnanı bizdәn gözlәyirdi.
Gözlüyünü diqqәtlә taxar, cibindәn çıxardığı kağızlardan
1 İstanbulun tarixi Beşiktaş məhəlləsindəki bir küçə
160