Page 163 - book-online
P. 163
Àòàìûí äîñòëàðû
yimizin fәxri sәdri, mәnәvi atası olmasını xahiş edәcәyik!
O günü heç unutmayacağam. Nә istәdiyimizi öyrәnәr-
öyrәnmәz gözlәri yaşla doldu. Titrәk, ahәngdar sәsi
hәyәcandan sanki batmışdı. “Bilirdim, – deyә, nәhayәt,
sözә başladı. – Bu gәncliyin әvvәl-axır mәnim xidmәtlәrimi
tәqdir edәcәyini bilirdim. Sanki bu gün taleyimin әn
böyük töhfәsini aldım. İndi özümü quzularının başında
hiss edәn xoşbәxt çoban kimiyәm”.
Fәxri sәdrimizi Birliyin mәrkәzi kimi toplaşdığımız
kiçik dükana dәvәt etdik. Bizә öz hәyatından danışdı,
şeirlәr oxudu, yeni nәsillәrin qarşısında duran vәzifәlәrlә
bağlı fikirlәrini açıqladı. Sonra hamımız birlikdә küçәyә
çıxdıq. Otuz nәfәrә yaxın yoldaş idik. Milli şairi ortalığa
almışdıq, sanki bir nümayiş havasında vә hәr kәsin
heyrәtli baxışları altında Qaraoğlan çarşısından keçib
Ulus meydanına1 qәdәr birlikdә gәldik. Burada o, ayrılıb
Mәclisә getdi, biz isә dağılışdıq.
Atamın bu bәyaz üzlü, gözәl, şeirlәri, sәsi vә evinin
aydınlığı uşaqlıq xatirәlәrimin bir guşәsini dolduran
dostunu daha görmәdim.
1 Qaraoğlan çarşısı, Ulus meydanı – Ankaranın 1930-cu illərdə formalaşan tarixi
mərkəzi. Böyük Millət Məclisinin binası, Atatürk heykəli, Ankara Palas hoteli, bütün
əsas muzeylər bu ərazidə yerləşir.
163