Page 158 - book-online
P. 158
ìÿä Àüàîüëó
bir az dolandıqdan sonra tәkrar evә qaytarırdılar. Fәqәt
o, Mәclisә gәldiyini zәnn edirdi. Otaqdakı taxtlardan
birindә otururdu. Özünü bir vaxtlar millәt vәkillәrinin
ayaqda, әl-әl üstdә, qarşısında dayandıqları Mәclis kori-
dorunun sağ küncündәki divanda әylәşmiş kimi tәsәvvür
edirdi. Sonra xәyalındakı insanlarla danışırdı: kimini
danlayır, kimini әlә salıb gülür, bәzilәrini hәdәlәyәrәk
bağırırdı. Ətrafını saran bu xәyallar arasında dar ağacından
asılması üçün yeganә günahı yalnız әski i ihadçıları
toplayıb yeni bir partiyanın proqramını hazırlamaqdan
ibarәt olan İ ihad vә Tәrәqqi dövrünün çox mәşhur
nazirlәrindәn1 biri dә vardı. Altına imzasını qoyduğu
dәhşәtli i ihamnamәlәr, verdiyi hökmlәrlә o biri dünyaya
göndәrilәn çoxsaylı insanların ruhu, hә a әn yaxın
dostlarının xatirәsi belә beynindә vә vicdanında bu
xәyalın yaratdığı qorxunc, dözülmәz, әzici basqını göstәrә
bilmәzdi.
Öncә, hökmü ilә dar ağacından asılan nazirin dul
xanımını vә uşaqlarını gizli-gizli güdmәyә başladı. Bu
ailәyә yaxınlıqları ilә tanınan, göstәrdiyi marağı kimsәyә
açıb demәyәcәklәrinә әmin olduğu bәzi adamlardan
onların barәsindә mәlumat topladı.
Necә yaşayırlar? Güzәranlarını necә tәmin edirlәr?
Bu nöqtәdә dә dayanıb durmadı. Daha irәli getdi. Bir
gün Yalovada2 böyük bacım Sürәyyadan3 bu ailә ilә
görüşmәsini, uşaqların tәhsil haqqını öz üzәrinә götürmәk
niyyәti barәdә danışmasını xahiş etdi. Bacım atamızın
dostunun üzәrinә qoyduğu vәzifәni yerinә yetirdi. Amma
1 İttihad və Tərəqqi hökumətində maliyyə naziri olmuş, 1926-cı ilin avqustunda
Atatürkə sui-qəsd ittihamı ilə dar ağacından asılan Mehmet Cavid (1875-1926)
nəzərdə tutulur.
2 Mərmərə dənizi sahilində kurort şəhəri. Hazırda il mərkəzidir. Atatürk həyatının
son illərində tez-tez Yalovanı ziyarət edir, bəzən günlərlə burada qalırdı.
3 Sürəyya Ağaoğlu (1903-1989) – Әhməd Ağaoğlunun böyük qızı, Türkiyənin ilk
qadın hüquqşünası və dünya miqyasında tanınan hüquq müdafiəçisi.
158