Page 157 - book-online
P. 157
Àòàìûí äîñòëàðû

bacardı. Eyni zamanda Afyonkarahisardan millәt vәkili
olduğunu da unutmadı. Milli Mücadilә illәrindәn bәri
türk tarixindә şәrәfli bir ad daşıyan bu şәhәri yenidәn
tikib abadlaşdırmaq işlәrinә başladı. Orada da Xalq
Partiyasının iqtidarı dövründә görülәn bütün yaxşı işlәrin
şәrәfi yenә atamın bu dostunun adıyla bağlıdır.

Görәsәn, nafiә vәkalәtindә bunca sәylә, qeyrәtlә
çalışmaqda mәqsәdi İstiqlal Mәhkәmәsi rәisi olduğu
dövrdә yaddaşlara iz salan vә o qәdәr dә xoş duyğularla
anılmayan keçmiş günlәri, keçmiş fәaliyyәtini unutdurmaq
kimi gizli bir arzu, istәk ola bilәrdimi? Bәlkә adının
mәmlәkәt tarixindә “qorxunc adam” kimi qalmasından
ehtiyat edir, çәkinirdi?

Atamın dostunun vicdanı ilә belә bir haqq-hesab
apardığını düşünmәk mümkündür. Amma istәyinә nail
oldumu?! Ölümlәrin, zülmlәrin, qәddarlıqların vurduğu
yaralar yaxşılıqların, xeyirxahlıqların qoyduğu izlәrdәn
daha dәrin olur. Odur ki, istiqlal tariximizin sәhifәlәrindә
atamın dostunun adı daha çox İstiqlal Mәhkәmәlәri ilә
birlikdә anılacaq. Nafiә vәkili kimi gördüyü gözәl işlәri
isә bәlkә dә heç kim xatırlamayacaq.

Hәyatının son illәrini vicdanı ilә beyni arasında
әvvәlcә ara-sıra, sonra isә dayanmadan, gecә-gündüz
cәrәyan edәn ziddiyyәtlәrin mәngәnәsindә keçirdi. Hә a
şüurunu büsbütün qeyb etdiyi ölümündәn qabaqkı
hәftәlәrә qәdәr tәhdidlәri, qovğaları, qәhqәhәlәri,
mimikaları ilә bu daxili әzabların dәrinliyini vә genişliyini
bütün çılpaqlığı ilә büruzә verdi.

Sadәcә yaşanmış hәyatı әvvәldәn sona qәdәr yenidәn
xatırlamaqla qalmırdı. Sanki özünün dә iştirakı ilә baş
verәn hadisәlәr durmadan yenidәn tәkrarlanırdı.
Yatağından dik atılıb qalxır, Mәclisә gedәcәyini deyirdi.
Paltarlarını geyindirirdilәr, avtomobilә oturdub şәhәri

157
   152   153   154   155   156   157   158   159   160   161   162