Page 152 - book-online
P. 152
ìÿä Àüàîüëó

çatdırmasına tәkan verәn әn mühüm qәrarlarından biri
mәhz elә hәmin qadağa idi. Əgәr Ənvәr Paşa geri dönә
bilsәydi, nәticә, bu qayıdışı ürәkdәn arzulayan Şükrü
bәy tipli sәmimi insanların zәnn etdiklәri kimi iki
qәhrәmanın әl-әlә verib qurtuluş savaşı aparmaları
şәklindә meydana çıxmayacaqdı. Əksinә, ölüm-dirim
mücadilәsi içindә olan mәmlәkәtin, birinin başında Ənvәr,
o birinin başında isә Mustafa Kamal Paşanın dayandıqları
iki cәbhәyә parçalanmasına tәkan verәcәkdi. Nәhayәt,
hansı sәbәblәrin göstәrilmәsindәn asılı olmayaraq, Birinci
Dünya müharibәsinin Ənvәr Paşa vә silahdaşlarının
qorxunc mәğlubiyyәti ilә başa çatdığı hәr kәsә aydın
idi. Savaşı uduzan, ölkәni ağır vәziyyәtdә qoyub qaçan
bir liderin tәkrar sәhnәdә görünmәsi millәtin iradәsini,
mübarizә әzmini qıra bilәrdi.

Bu sadә hәqiqәtlәri Yenibaxçalı Şükrüyә başa salmaq
vә qәbul etdirmәk çox çәtin oldu. Rus sәrhәdindә mәqam
gözlәyәn әski baş komandan müavininin yurduna
buraxılmamasına görә bәrk әsәbilәşib özünü İkinci
qrupun ağuşuna atdı. Sadәcә bu qәdәr! Atatürkә sui-
qәsd işi ilә bağlılığı mәsәlәsindә dә yalnız mәrhum Nail
bәyin qardaşı olmaqdan o yana gedә bilmәzdi. Ancaq
İkinci qrup üzvlüyü, Ənvәr Paşa heyranlığı, ağzını Allah
yoluna qoyub orada-burada gәvәzәlik elәmәyi, nәhayәt,
bir insan kimi kәmhövsәlәliyi vә sәbirsizliyi sonda başına
bәla oldu. Bunu anladığı anda özü öz әmәllәrindәn
qorxdu, gizlәnmәyә qәrar verdi. Amma nә fayda ki, qo-
valayan da işindә qabağından qaçan qәdәr mahirdi!
İstiqlal Mәhkәmәsinin rәisi, Qara Kamal kimi onun da
gizlәnә bilәcәyi әn dalda yerlәr barәsindә mәlumatlı idi.
Ətrafındakı dairә hәr gün bir az daha daralır, hәrәkәt
imkanları mәhdudlaşırdı. O zaman özü özünә sual etdi:

152
   147   148   149   150   151   152   153   154   155   156   157