Page 149 - book-online
P. 149
Àòàìûí äîñòëàðû

manda söylәdiklәri sözlәrlә, gördüklәri işlәrlә gizli
tәsәvvürlәrin, üstüörtülü saxlanan әmәllәrin gerçәklәşmәsini
lәngidәn insanların tәsviyәsi...

Çox qәribәdir ki, bu böyük tәmizlәmә hәrәkatı içindә
yoxa çıxmaları qәtiyyәn nәzәrә çarpmayacaq vә kimsәni
tәәccüblәndirmәyәcәk bir neçә şәxs atamın dostunun
sәrt, әyilmәz xarakterindә özlәri üçün әdalәt qalxanı ax-
tarmaq fikrinә düşdülәr vә gümanlarında yanılmadılar.
Onlardan biri dә mәrhum Yenibaxçalı Şükrü1 idi.

Yenibaxçalı Şükrüyә – uşaq saflığını, utancaqlığını,
başına çoxlu bәlalar gәtirәn çәrәnçiliyini hәyatının sonuna
qәdәr әldәn yerә qoymayan bu hәrbçiyә aid ilk xatirәm
atamla aralarında olan bir qalmaqalla bağlıdır.

1916-cı ildә atam İçәrәnköydә, Mömindәrәsindә2
kiçik bağçası olan ev almışdı. Elә hәmin il yay aylarını
keçirmәk üçün yeni bağa daşınandan bir neçә gün sonra
hәyәtdә dolaşdığımız vaxt bir әsgәr gәldi. Aşağıda,
dәrәnin dibindә çadır qurmuş bölüyün komandiri olan
yüzbaşının (türk ordusunda kapitan rütbәsi – V.Q.) bir
mәsәlә ilә bağlı atamı yanına çağırdığını dedi. Atam
“Yüzbaşıya salamımı çatdır, gәlsin görüşәk” – cavabını
verdi. Bir azdan әsgәr tәkrar geri qayıdıb komandirin
atamı yanına çağırdığını bildirdi. Atam da getmәmәkdә
israr etdi. Beş dәqiqә sonra sağında-solunda iki әsgәrlә
arıq, qumralsaçlı, sifәti gündәn yanıb qaralmış bir zabit
az qala qaçaraq özünü yetirib atamın qarşısında dayandı,
sәrt sәslә “Sәnә xәbәr yolladım, niyә gәlmirsәn?” – deyә
bağırdı. İndiki kimi gözüm önündәdir: bir anda atam
sapsarı saraldı, amma tәmkinini pozmadı.

1 Yenibaxçalı Әhməd Şükrü (1881-1953) – çərkəz əsilli türk hərbçisi, İttihad və
Tərəqqinin hərbi qanadının fəal üzvlərindən biri. I TBMM üzvü. Atatürkə sui-qəsdlə
bağlı haqqında edam qərarı çıxarılsa da, sonda bəraət almağa müvəffəq olmuşdu.
2 İçərənköy, Mömindərəsi – İstanbulun Ataşehir səmtində tarixi məhəllələr.

149
   144   145   146   147   148   149   150   151   152   153   154