Page 145 - book-online
P. 145
Àòàìûí äîñòëàðû
Ədirnә millәt vәkilinin ardınca dövrün Şәriyyә vәkili
(Din işlәri naziri – V.Q.) kürsüyә qalxıb onun fikirlәrini
müdafiә edәn nitq söylәyir. Bu çıxışlar, tәlqin olunan
fikirlәr adamların beyninә elә güclü tәsir göstәrmişdi ki,
mәclisin sәdri fasilәsiz yerindәn qalxaraq danışmaq
istәdiyini bildirәn Hәmdullah Sübhi Tanrıövәrә1 söz
vermәmişdi.
Ertәsi gün "Hakimiyyәti-Milliyyә" qәzetindә hәmin
dövrdә Mәtbuat vә İstihbarat Ümummüdiri olan Əhmәd
Ağaoğlunun “Haraya gedirsiniz?” adlı baş mәqalәsi
çıxdı. Atam öz yazısında Mәclisin dünәnki iclasında
yaşanan mәnzәrәni, söylәnәn fikirlәri, irәli sürülәn
iddiaları tәhlil edәrәk “Dәrviş Vәhdәtilәrin ruhu xortlayır,
bu ruh mәmlәkәti hara aparacaq?” – deyә sual edirdi.
Günortaya yaxın baş vәkil2 atamı yanına çağırdı:
“Sәn nә etdin, Xocam? – deyә sözә başladı. – İndiki
mәqamda belә yazı yazılarmı? Xocalar dәstә ilә yanıma
gәlmişdilәr, od-alov püskürürdülәr. Yaranmış vәziyyәtdә
hәm onları sakitlәşdirmәk, hәm dә sәni qorumaq üçün
istefaya getmәyini mәslәhәt bilirәm”.
Hәlә әvvәllәrdәn, bir yerdә keçirdiklәri Malta әsarәti
dövründәn atamın baş vәkilә, onun da atama dәrin
hörmәti vardı. Atam hökumәt başçısını çox yaxşı, doğru-
dürüst insan olmaqla yanaşı, hәm dә böyük dövlәt
adamı, hә a böyük qәhrәman kimi çox sevir, dәyәr
verirdi. Bu sәbәbdәn dә onun istefa tәklifini heyrәtlә,
ürәkağrısı ilә qarşılamışdı. Duyduğu acını, tәәssüf hissini
açıq söylәdikdәn sonra hökumәt rәisini çәtin vәziyyәtdәn
qurtarmaq üçün qәrarını yerinә yetirmәyә hazır olduğunu
bildirmişdi.
1 Həmdullah Sübhi Tanrıövər (1885-1966) – türk şairi, yazıçı, müəllim
2 Həmin dövrdə Türkiyənin baş vəkili – baş naziri Hüseyn Rauf Orbay idi.
145