Page 141 - book-online
P. 141
Àòàìûí äîñòëàðû
ona qazandırdığı lәqәbi, ingilislәr bilәrәkdәn, ya da
bilmәyәrәkdәn incә, zәrif şәkildә tәlәffüz edirdilәr.
Adının sonuna Paşa rütbәsini dә artırıb onu Gül Paşa1
deyә çağırmağa başlamışdılar.
Atamla ilk dostluğu da, yanılmıramsa, Malta
sürgünündә başlamışdı. Bu dostluq münasibәtlәri sonralar
bәzәn daha da yaxınlaşdı, bәzәn isә arada müәyyәn so-
yuqluq yarandı. Bir-birini çox sevdiklәrini iddia etmәk
olmazdı. Lakin bәzi mühüm mәsәlәlәrdә eyni fikirdә ol-
masalar da, qarşılıqlı şәkildә biri digәrinin mövqeyinә
hörmәtlә yanaşmağı bacarırdı. Atamla arasındakı dostluq
münasibәtlәri, siyasi görüşlәrindә ortaq fikirlәrin qurduğu
körpü vasitәsi ilә hәyata keçirdi. İstiqlal Mәhkәmәsi
rәisinin hәr yerdә bilikli olmaq, mәlumatlı görünmәk
istәyi dә dostluqlarına rәvac verәn digәr bir körpü idi.
İngilis dilini öyrәnmәyә çalışır, bir neçә sürgün yoldaşı
ilә birlikdә hәftәnin müәyyәn günlәrindә atamın verdiyi
tarix dәrslәrini diqqәtlә tәqib edirdi. İngiliscәni öyrәnmәk
yolundakı hәvәsi günlәrin birindә – 1944-cü ildә Hans
Kohen2 adlı amerikalı alimin milliyyәtçilik mövzusunda
yazdığı bir kitabın Türkiyәyә aid hissәlәrini “Türk
milliyyәtçiliyi” adı altında türkcәyә çevirmәsinә qәdәr
davam etmiş vә genişlәnmişdi.
Atamdan әn uzaqda dayandığı dövr bir qisim İ ihad
vә Tәrәqqi liderlәrinin İstiqlal Mәhkәmәsinin qәrarı ilә
asıldıqları zaman oldu.
Bәzilәri gәnclik dostları, әksәriyyәti İ ihad vә Tәrәqqi
Partiyasında ideal yoldaşları olan adamların bir-birinin
ardınca dar ağacında can vermәlәri atamı qәlbinin,
1 Haqqında söhbət gedən şəxsin ləqəbi Keçəl (Osmanlı türkcəsində Kəl)
olduğundan, ingilislər adını bu şəkildə təhrif etmişdilər.
2 Hans Kohen (1891-1971) – yəhudi mənşəli amerikan tarixçisi və filosofu.
Milliyyətçiliyə və panslavizmə dair bir sıra tədqiqatların müəllifidir.
141