Page 143 - book-online
P. 143
Àòàìûí äîñòëàðû

şübhә varsa, o zaman vәzifәnizin mәni ifadә vermәk
üçün dәrhal mәhkәmәyә çağırmaq olduğunu yadınıza
salmaq istәyirәm”.

Ertәsi gün İstiqlal Mәhkәmәsi rәisindәn cavab gәldi:
“Sizinlә bağlı, mәktubunuzda bәhs etdiyiniz şәkildә hәr
hansı sual vermәmişәm. “Hakimiyyәti-Milliyyә” qәzeti
zati-fazilanәnizin idarәsindә nәşr edilmәkdә olduğuna
görә qәzetdә gedәn yanlış ifadәlәrin qüsuru da yenә
ancaq zati-alinizә aid ola bilәr”.

İstiqlal Mәhkәmәsi rәisinin atamla әn çox yaxınlaşdığı
dövr isә rәhbәrlik etdiyi qurumun dağılmasından sonra
başlamışdı. Atamın bu dostu illәr boyu dövlәtin dördüncü
qüvvәsi kimi tanınmışdı. İndi o böyük qüvvәt vә qüdrәt
әlindәn gedincә hikkәsini, әsәbiliyini gizlәdә bilmirdi.
Yerli-yersiz hiddәtinin, hikkәsinin cavabı çox ağır oldu.
Bir gecә onu Atatürkün süfrәsindәn götürüb qapının
qabağına atdılar.

Gözdәn düşdüyü günlәrdә, demәk olar, hәr gecә
Keçiörәndәki evimizdә olurdu. Özünә rәva görülәn rәf-
tardan acı-acı şikayәt edir, Qazinin әtrafını yaramaz
adamların sardığını deyib var sәsi ilә bağırırdı: “Milli
Mücadilәyә ilk başlayan mәn oldum! Düşmәnә ilk güllәni
dә mәn atdım!”

Birinci Böyük Millәt Mәclisindә mühafizәkarlarla
yenilik tәrәfdarları arasındakı çәkişmәlәrdә atamın dostu
yenilik fikrinin sәssiz, lakin silahlı tәrәfdarlarından oldu.
Mәclisdә bu mәsәlәlәr әtrafında hәrarәtli müzakirәlәr
aparıldığı zaman oturduğu yerdәn salonun hәr küncünü
diqqәtli nәzәrlәrlә yoxlayır, mübahisәlәrin dava-dalaşa
dönәcәyi anda bir әlini cibindәki tapançanın üstünә
qoyub sakit addımlarla söz döyüşünә çıxan hәmkarlarına
yaxınlaşırdı. Zәrurәt yaranarsa, cibinә saldığı әlini boş

143
   138   139   140   141   142   143   144   145   146   147   148