Page 147 - book-online
P. 147
Àòàìûí äîñòëàðû

inqilabının orduda tәsis etdiyi siyasi komissarlıq insti-
tutuna vә inqilabi tribunallara bәnzәdilә bilәr.

Atamın dostu mәhkәmәlәrin birinci mәrhәlәsindә o
qәdәr dә gözә dәymirdi. Ona әsl mühüm vәzifәni, böyük
sәlahiyyәtlәri zәfәrdәn vә siyasi hәyatda Şeyx Sәid
üsyanının yatırılmasından sonra qurulan mühakimәlәrdә,
habelә Atatürkә sui-qәsd tәşәbbüsü mәsәlәsi zamanı
verdilәr.

Onu İstiqlal Mәhkәmәsinә rәis seçmәklә bağlı Böyük
Millәt Mәclisinә verilәn tәklif tam yerindә idi. Qaziyә
hәr şeydәn öncә hәrbi rütbәlәri arasındakı böyük fәrqdәn
çıxış edәrәk bir polkovnikin bir marşala bәslәdiyi itaәt
hissi ilә yanaşırdı. Aralarındakı münasibәtin bәzi başqa
sәbәblәri dә vardı. O da Birinci Dünya müharibәsindәki
fәlakәtlәrin mәsuliyyәtini ön sıradakılara yüklәyәn
i ihadçılardan, tapşırılan vәzifәni gözünü qırpmadan
yerinә yetirәn fәdailәrdәn idi. Nәhayәt, xarakterinin dә
qәlbi kimi heç bir tәsirlә әyilmәyәcәk sәrtliyә malik
olduğunu yaxşı bilirdi.

İndi bu sәtirlәri yazarkәn gözlәrim önünә yenә
Ankara İstiqlal Mәhkәmәsindә keçәn günlәrdәn biri
gәlir. Mü әhim kürsüsündә teleqraf mәmuru oturmuşdu.

İ iham edilmәsinin sәbәbi üsyan baş verәn әrazidәki
bir dostuna vurduğu aşağıdakı teleqram idi: “Din uğrunda
mübarizәdә böyük şәhid Hәzrәti Hәmzәnin1 yanına
getmәyә hazıram!”

Atamın dostu gözlüyünü burnunun ucuna qәdәr
endirdi. Dodaqlarının arasından fit kimi çıxan sәsi,
sözlәrinin havada parıldayan qırmanc kәskinliyi ilә
mü әhimә üz tutdu: “Demәli, Hәzrәti Hәmzәnin yanına

1 Həzrəti Həmzə – Həmzə ibn Әbdülmüttəlib əl-Haşimi (568-625) – Məhəmməd
Peyğəmbərin əmisi, süd qardaşı və ən yaxın silahdaşı. Uhud döyüşündə həlak
olmuşdu.

147
   142   143   144   145   146   147   148   149   150   151   152