Page 150 - book-online
P. 150
ìÿä Àüàîüëó
“Gәlmәdim, çünki mәnimlә danışmaq istәyәn sәnsәn, –
dedi. – Sonra diqqәt elә, gör yaşda sәndәn nә qәdәr
böyüyәm. Nәhayәt, sәn yüzbaşısansa, mәn dә millәt
vәkiliyәm”. Atam o sıralarda Osmanlı Mәclisi-Mәbusa-
nında Afyonkarahisar nümayәndәsi idi.
Yüzbaşı eşitdiyi sözlәr qarşısında bir anlığa tәrәddüd
etdi. Sonra “Kim olursunuz olun, bu, mәni maraqlan-
dırmır” – deyә әvvәlki sәrtliyinә qayıtdı. Bu dәfә әsәbilәş-
mәk sırası atama gәlmişdi. “Haydı, bütün әsgәrlәrini
topla da, gәl. Görüm mәni durduğum yerdәn bir qarış
tәrpәdә bilәcәksinizmi? Üstәlik, sәnin hәrәkәtin barәdә
Ənvәr Paşaya da şikayәt edәcәyәm!”
Bu sözlәr yüzbaşını lap tәbdәn çıxardı: “Bәyәfәndi,
millәt vәkili olmağınıza deyil, yaşınıza hörmәt edirәm.
Ənvәr Paşaya şikayәtә gәlincә, heç dayanmayın. Lap bu
dәqiqә gedin. Zatәn hәyatından bezmiş adamam. Mәnә
nә edә bilәr?”
Sonra әsgәrlәrini yanına alıb geri qayıtdı.
Aradan illәr keçdi. Böyük zәfәrdәn bir neçә ay qabaq
bir gün atamla birlikdә Ankarada “Hakimiyyәti-Milliyyә”
qәzetinin yerlәşdiyi binanın qapısından içәri girәrkәn
pillәkәnlәrdәn enәn ucaboylu gәnc adamla qarşılaşdıq.
Atam onun әlini mәhәbbәtlә sıxaraq “Necәsәn, Şükrü
bәy?” – deyә soruşduqdan sonra üzünü mәnә çevirdi:
“Ərәnköydә1 mәni döymәk istәyәn zabit yadından
çıxmayıb ki? Bax, bu adamdır!”
Şabalıdı rәngli gözlәrindә nәşәli işıqlar yanan sevimli
bir üz mәnә baxaraq gülümsәyirdi.
Ərәnköydәki әsgәrlik hәyatından usanmış yüzbaşı
aradan keçәn illәr әrzindә min bir macәradan çıxıb sonda
1 Әrənköy – İstanbulun Kadıköy səmtində tarixi məhəllə
150