Page 154 - book-online
P. 154
ìÿä Àüàîüëó
İnamında aldanmamışdı. Sonda bәraәt aldı.
İstiqlal Mәhkәmәsinin rәisi kimi atamın dostunun
hәr kәsdә qorxu yaradan zәhmli xarakteri evinin içindә
bir ailә başçısının yarısәrt, yarıyumşaq davranışı halında
üzә çıxırdı. Zәnginliyi ilә seçilmәyәn mәnzilindә әksәr
hallarda bir küncә çәkilib oturan, rahatsız edilmәdiyi
müddәtdә kimsә ilә işi olmayan gülәrüz, zarafatcıl bir
adama çevrilirdi.
Görünüşü mәhkәmә rәisliyi kürsüsündә nә qәdәr
sәrt, qәzәbli, qaba idisә, o kürsüdәn enәr-enmәz dәrhal
dәyişir, әlağacına dayanaraq gövdәsini bir az qabağa
әyәn yerişi ilә sadә, sıradan bir insan tәsiri bağışlayırdı.
Eyni sadәlik, eyni tәvazökarlıq evinin içәrisindә vә
çölündә dә özünü aydın göstәrirdi. Dövrün bir çox
tanınmış, nüfuzlu simaları Milli Mücadilә illәrinin ehti-
yaclarla dolu, sıxıntılı hәyatından dәrhal uzaqlaşıb
Yenişәhәrdә, Cankayada1, yaxud Keçiörәndә xarici memar-
lara, yerli mahir ustalara tikdirdiklәri qәribә formalı,
qüllәlәrlә bәzәnmiş, Avropa şatolarının karikaturasına
bәnzәyәn salonları bir-biri ilә heç uyuşmayan bahalı
әşyalarla doldurulmuş köşklәrә yerlәşdiklәri halda, o,
yaşamını Samanbazarı2 yolunun sağ tәrәfindә, ikimәrtәbәli,
qapısının üstünә iri nal vurulan, gözә-nәzәrә gәlmәmәk
üçün muncuqlar asılmış evindә, әski adәtlәrә uyğun
döşәnmiş, yarıdan çoxu köhnә taxtlardan ibarәt әşyalar
arasında sürdürürdü. Rәsmi qonağı olmayanda çox vaxt
evin içindә xalatda gәzirdi.
İnsan nә qәdәr istәsә dә, adına tale deyilәn vә özündәn
çox-çox әvvәl cızılan yoldan kәnara çıxa bilmәz. Nә
qәdәr çırpınsa, iradәsini, ağlını, zәkasını bu yoldan bir
1 Cankaya – Ankaranın mərkəzi hissəsi. 1936-cı ildən ilçə statusuna malikdir.
Prezident sarayı, bir çox nazirliklər, dövlət idarələri və səfirliklər bu ərazidə yerləşir.
2 Samanbazarı – Ankaranın tam mərkəzində, Qızılayda tarixi meydan
154