Page 161 - book-online
P. 161
Àòàìûí äîñòëàðû
yeni şeirlәrini sanki yaşlı-başlı insanlardan ibarәt bir
toplunun qarşısındakı kimi ciddiyyәt vә hәyәcanla ox-
uyurdu. Bir neçә şeiri vardı ki, onları dinlәyәrkәn biz
uşaqlar az qala ağlamaq istәyirdik. Özü isә gerçәkdәn
ağlayırdı. Bu şeirlәrdәn biri “Kәsildimi әllәrin” adlanırdı.
Anasını bıçaqlarkәn әllәri kәsilәn bir oğuldan ananın
son sualı övladının özünә ciddi bir zәrәr yetirib-
yetirmәmәsi haqqında idi...
Əslindә Milli şair saf ruhu ilә ölәnә qәdәr uşaq kimi
qaldı. O, әn adi, әhәmiyyәtsiz hadisәlәrә görә özünü
bәdbәxt sayırdı. Yenә әn әhәmiyyәtsiz hadisәlәrin tәsiri
altında sәadәt sәmasının yeddinci qatına yüksәlә bilirdi.
Dediyimә bir misal. Atamla birlikdә sәyahәtә çıxıblarmış.
Bir arada şairin kupesindәn әvvәlcә inilti sәslәri gәlir.
Arxasından isә hıçqırıqlar eşidilir. Atam dәrhal özünü
onun kupesinә atır. Qarşısında açılan mәnzәrә belә idi:
dostu qalın yun sviterini boğazına qәdәr çәkmiş, başından
çıxarmaq istәyir. Lakin sviter heç vәchlә ilişdiyi yerdәn
bir santimetr dә yuxarı qalxmaq istәmirdi. Şairin
barmaqları hәdәr yerә sviterin ilmәlәri arasında çırpınıb
dururdu. Atam “Nә olub? Niyә ağlayırsan?” – deyә
soruşur. Şair hıçqırıqlar arasından güclә “Mәni bu andıra
qalmış paltarın әlindәn qurtar, Əhmәd bәy” – deyә
yalvarır.
Atatürk Milli şairi dә Sәrbәst Firqәyә gәtirdi. Şәxsinә
göstәrilәn etimad onun nәzәrindә böyük qürur mәnbәyinә
çevrilmişdi. Bir uşaq saflığı ilә atama “Əhmәd bәy, –
deyirdi, – Qazinin bu işdәki sәmimiyyәtinin әn böyük
dәlili mәni dә sizinlә eyni sırada qoymasıdır. Qazi bu
yolla müxalifәt yaradır, tәbii ki, siz dә bunun
fәrqindәsiniz”. Atam gülәrәk “Elәdir, dostum, elәdir, –
deyә cavab verirdi. – Tәbii ki, sәnin aramızda olmağın
hәr birimiz üçün böyük tәminatdır!”
161