Page 165 - book-online
P. 165
Àòàìûí äîñòëàðû

mәrhum atamın qeydlәrindәn dә aydın görünür ki, hәm
partiya proqramının, hәm dә әsas qanunun – Anayasanın
hazırlanması zamanı iki fәrqli fikir qarşı-qarşıya gәlib
şiddәtlә çarpışmışdı. Bir tәrәfdә dövlәtә böyük qüdrәt,
geniş sәlahiyyәtlәr tanıyan baxış, o biri tәrәfdә dövlәti
vәtәndaşın sәrbәst tәşәbbüsünü qorumaqla vәzifәlәndirәn
prinsip!

Əski Mәclis baş katibi vә yeni Kütahya millәt vәkili
siyasi quruluşun xarakteri ilә bağlı fikir toqquşmalarında
dövlәtçi yanaşma tәrzinin әn atәşin müdafiәçilәrindәn
biri kimi meydana atılmışdı. Cümhuriyyәt Xalq Partiyası
proqramının getdikcә daha çox dövlәtçi, hә a deyәrdim
ki, faşist mәnzәrә almasında onun rolu böyük olmuşdu.

Universitetlәrdә “İnqilab kürsülәri” qurulduğu vә
ilk xocaların siyasi şәxsiyyәtlәr arasından seçilmәsinә
qәrar verildiyi zaman hәr kәsdәn öncә yada düşәnlәrdәn
birinin Kütahya millәt vәkilinin olması tәsadüfi deyildi.
Çünki bu kürsülәrdәn ifrat dövlәtçi, hә a faşist
görüşlәrinin açıq tәbliği üçün yararlana bilәcәkdi. Bәsit,
uşaqcasına dәlillәr, basmaqәlib müqayisәlәr, ünvansız,
vәsiqәsiz iddialarla dolu mühazirә qeydlәrini gözdәn
keçirdiyi vaxtlarda özü dә hәqiqi professor olduğuna
inanır, universitetdәki sakit, tәvazökar, hәr şeyin yerini
bilәn hәmkarlarına yuxarıdan-aşağı baxaraq onlara ağıl
öyrәtmәkdәn çәkinmirdi.

Belә bir әhvalat danışılır: “İtaliyaya sәfәrindәn geri
dönüncә, yeni tipli dövlәt tәşkilatı haqqında hazırladığı
mәruzәni әvvәlcә baş vәkilә tәqdim edib razılığını almış,
sonra birlikdә Atatürkün yanına getmişdilәr. Atatürk
mәruzәni oxumuşdu. Tәklif edilәn yeni tәşkilat çox kiçik
fәrqlәrlә İtaliyanın o zamankı faşist dövlәtinin
prinsiplәrindәn ibarәt imiş. Mәruzә müәllifinin fikrincә,

165
   160   161   162   163   164   165   166   167   168   169   170