Page 134 - book-online
P. 134
ìÿä Àüàîüëó

halda, nazirlik zamanındakı kimi sadә, tәvazökar hәyatını
sürür, adına gәlәn pulları yoxsul tale yoldaşları arasında
bölüşdürür, yorğan, yastıq vә namaz sәccadәsindәn
ibarәt yükünü hәr gecә bir fәqir sürgünlünün yatağı
yanına daşıyıb iztirablı qәlblәrә ümid vә tәsәlli verirdi.
Az danışır, çox düşünürdü. Bir gün iki yoldaşı ilә ortadan
qeyb oldu. Yalnız aradan bir müddәt keçәndәn sonra
kiçik motorlu qayıqla İtaliyaya qaçdıqları aşkara çıxdı.

Adı Milli Mücadilәnin sonuna qәdәr heç yerdә
eşidilmәdi. Rәvayәtә görә, Anadoluya keçmәk istәmişdi.
Fәqәt Ankara razılıq vermәmişdi.

Böyük Zәfәrdәn1 dәrhal sonra, Qazinin Xalq
Partiyasının tәmәllәrini atdığı, partiyanın proqramı sayıla
bilәcәk mәşhur “Ümdә prinsiplәrini” elan etdiyi sıralarda
bizim evdә bir toplantı keçirilmişdi. Toplantıya qatılanlar
arasında İ ihad vә Tәrәqqinin Topçu İhsan kimi tanınmış
simaları da vardı.

Atamın bir gün öncә Qazinin dәvәti ilә Ankaraya
gәlmiş nazir dostu ertәsi gün Qaziyә söylәmәk istәdiyi
sözlәri o axşam bizim evdә açıqlamışdı: “Qazinin birlikdә
çalışmaq tәklifini minnәtdarlıqla qarşıladım. Fәqәt bu
qocaman imperatorluq bizim qucağımızda can verdi.
Xәtalarımızla, savablarımızla öz dövrümüzü başa vurmuş
insanlarıq. Bizim, mәnim üzәrimә düşәn vәzifә bir küncә
çәkilib vәtәni xilas etmiş adama, onun mübarizә
yoldaşlarına işlәrindә bundan sonra da müvәffәq olmaları
üçün dua etmәkdәn ibarәtdir. Bizim artıq ölkәni idarә
etmәk haqqımız qalmayıb”.

Bu sözlәri Qaziyә söylәdikdәn sonra İstanbula

1 Atatürkün komandanlığı altında Başkomutanlıq meydan müharibəsində türk hərbi
qüvvələrinin1922-ci il, avqustun 30-da İzmiri yunanlardan azad etməsi nəzərdə
tutulur. Müasir dövrdə Türkiyə Cümhuriyyəti və Şimali Kiprin dövlət bayramı kimi
qeyd edilir.

134
   129   130   131   132   133   134   135   136   137   138   139