Page 130 - book-online
P. 130
ìÿä Àüàîüëó
әsgәrin müşaiyәti ilә dördüncü kimi gәtirdiklәri zaman
bir az hәzin, bir az gülmәli görünәn vәziyyәtdә boynunu
bükdü. Ondan Qara Kamal1 ilә dostluğunun әsasında
hansı sәbәblәrin dayandığı soruşulanda, әsla tәrәddüd
etmәdәn "Mütәnaim olurdu" (“Mәnә yardım göstәrirdi”
mәnasında – V.Q.) cavabını vermişdi. Bu sözlәri söylәrkәn
Qara Kamal ilә hәqiqi dostluğunun sәmimiyyәtinә,
azacıq da olsa, kölgә salmırdı. Qara Kamalı da digәr
dostları kimi tam ciddiyyәtlә sevirdi. Üç balaca uşaq,
yaşca özündәn çox kiçik qadın, qayınana, baldız,
ayrılmaları mümkün olmayan uzaq qohum ilә birgә
yaşadığı, bütün gәlir mәnbәlәrindәn mәhrum olduğu
dövrdә Qara Kamal ona yardım әli uzatmışdı. "Mütәnaim
olurdu" – deyәndә dә bunu nәzәrdә tutmuşdu. Amma
bu mәnanı elә sözlәr, elә kәlmәlәr, elә mәzlum bir әda
ilә ifadә etdi ki, İstiqlal Mәhkәmәsi hakimlәrinin sәrt,
әsәbi üzlәri acıma hissi bildirәn bir tәbәssümlә yumşaldı.
Mәhkum edilmәsi üçün heç bir sәbәb yox idi. Lakin
buna baxmayaraq, onu mәhkumluq aqibәtindәn qurtaran,
bәlkә dә bu sözü, bu duruşu oldu.
Hәyatı boyu nadir hallarda әsәbilәşәn, ondan da
nadir hallarda heyrәtlәnәn bu ağır, sakit adamın ömrü
boyu keçirdiyi әn böyük şaşqınlıq hissi yenә dә İstiqlal
Mәhkәmәsi zamanı olmuşdu.
Mәhkәmә rәisi arada çox hirslәnmiş, yaşlı doktorun
düz üzünә “Sәndәn şiәlik qoxusu gәlir!” – deyә bağırmışdı.
Bu sözlәri eşidincә, әvvәlcә qulaqlarına inanmamış,
sonra gözlәri iri-iri açılmışdı. “Mәnmi? Mәnmi?” – deyә
kәkәlәyәrәk susmuşdu. Hәr cür i iham gözlәyirdi. Amma
belәsini... Əsla! Çünki әvvәla şiә deyildi2, sonra da
1 Qara Kamal bəy (?-1926) – İttihad və Tərəqqi hərəkatının tanınmış simalarından
biri
2 Müəllif yanlışlığa yol verir. Haqqında bəhs olunan şəxs şiə məzhəbindən idi.
130