Page 127 - book-online
P. 127
Àòàìûí äîñòëàðû

PƏRDƏ ARXASINDAKI ADAM

İ ihadçılar dövründә hәrәkat liderlәrinә istiqamәt
verәn fikir cәrәyanları, sonrakı dövrlәrlә müqa-
yisәdә daha ardıcıl vә nizamlı idi. Bu adamlar nә
iş görmәk istәdiklәrini, nә iş görәcәklәrini yaxşı bilirdilәr.
Eyni zamanda birinci sıranın arxasında fikir vә düşüncә,
ilham vә inam tәlqin edәn elә insanlar var idi ki, bәlkә
nә zamansa onların da xidmәtlәri meydana çıxarılacaq.
Ancaq simaları, sifәtlәri bir insan kimi, bir dost vә yoldaş
kimi yenә dә hәmişә mәchul qalacaqdır.

Belә adamlardan biri dә atamın bәyaz saqqallı, ağ-
bәnizli, gözәl gözlü, şair, rәssam, musiqişünas, filosof, jur-
nalist, astroloq, professor, doktor olan qafqazlı dostu idi.

Sәhәrlәr üzünü yuması bir saat, geyinmәsi iki saat
çәkәn, danışmağa başlayanda hekayәlәri, xatirәlәri,
lәtifәlәri, tikanlı atmacaları ilә hәmsöhbәtlәrini әsla yorul-
maq bilmәdәn saatlarla dinlәmәyә sövq edәn bu
ağırtәbiәtli, sakit görünüşlü adamın İ ihad vә Tәrәqqi
Partiyasının әsas qurucularından biri olduğunu,
Türkiyәnin Höte1 vә Şiller2 kimi Qәrb әdib vә mütә-
fәkkirlәrini onun qәlәmi ilә tanıdığını, Dantenin3
“Cәhәnnәm”inin (“İlahi komediya” nәzәrdә tutulur –
V.Q.) bir hissәsini, Adam Smitin4 kitabını isә başdan-
başa tәrcümә etdiyini, mәmlәkәtimizә hәqiqi humanizm

1 İohann Volfqanq Höte (1749-1832) – alman şairi, filosof, dövlət xadimi və
təbiətşünas
2 Fridrix Şiller (1759-1805) – alman romantik şairi, filosof, tarixçi və dramaturq
3 Aligyeri Dante (1265-1321) – italyan şairi, ilahiyyatçı və siyasi xadim
4Adam Smit (1723-1790) – şotland iqtisadçısı, filosof, müasir iqtisadi nəzəriyyələrin
banisi

127
   122   123   124   125   126   127   128   129   130   131   132