Page 122 - book-online
P. 122
ìÿä Àüàîüëó
ilә mәmlәkәtә xidmәt göstәrmiş hәmkarları vardı. Onların
arasında get-gedә daha da kasıblaşıb zәiflәyәrәk, fәqәt
dodaqlarındakı әbәdi tәbәssümü heç zaman itirmәyәrәk
yaşamağa başladı. “Çin vaizi” bu illәrdә xoş gün dövrü
dostlarının çox az qismini arayıb-axtardı. Yalnız İstanbulda
yaşadığımız zamanlar hәr hәftә bizә gәlir, süfrәmizin
başındakı köhnә yerini tuturdu. Gedәndә dә atamın,
güzәranını azacıq da olsa, yüngüllәşdirmәk üçün verdiyi
kiçik hәdiyyәni min bir xahiş-minnәtlә, güc-bәla ilә
qәbul edәrәk ayrılırdı. Atam İstanbula çәkildikdәn sonra
köhnә dostuna, deyәsәn, yalnız bircә yerdә imamlıq
etmәyә icazә vermişdilәr. Əlinә gәlәn para da,
yanılmıramsa, ayda beş yüz quruşa enmişdi. Bu cüzi
para ilә yemәyini, içmәyini tәmin etmәli, әyin-baş almalı
idi. Taleyin kәdәrli gәrdişi qarşısında yenә qәtiyyәn
sarsılmadı. Güzәranı ilә bağlı qәrarını dәrhal verdi:
azuqәsi yalnız çay vә yavan çörәk olacaq, köhnә
paltarlarını yamayıb geyәcәk, zәrurәt olmayınca evdәn
çıxmayacaq. Belә olduqda, Əhmәd bәy kimi özünә yaxın
saydığı bir neçә dostun edәcәklәri kiçik yardımları da
nәzәrә almaqla hәyatının sonuna qәdәr “namәrdә möhtac
olmadan” yaşaya bilәcәkdi.
“Çin vaizi” qәrarını güzәranına tәtbiq etdi. Artıq
bizim evә – Maçka mәhәllәsinә Kocamustafapaşadan
piyada gәlib-gedirdi. Uşaqlıq çağlarında olduğu kimi,
yenә mәlahәtli sәsi, nurani üzü ilә bayramlarda, xoş vә
kәdәrli günlәrdә aramızda idi. Atam, anam, böyük qarda-
şım rәhmәtә gedәndә ilk duaları o oxudu, uşaqlarımız
doğulanda adlarını qulaqlarına pıçıldayıb, ilk xeyir-
duanı o verdi. Evimizdәki yeri dә hәr zaman dәyişmәz
qaldı. Nәhayәt, bir gün ta uşaqlıq illәrindәn bizimlә
birlikdә addımlayan bu canlı xatirә digәrlәri kimi gerçәk
alәmdәn ayrılıb hafizәmdә öz hәmişәlik yerini tutdu.
122