Page 119 - book-online
P. 119
Àòàìûí äîñòëàðû
yana qoyub üstünә bir sәccadә, yaxud kilim sәrәr, altına
iki yastıq qoyur vә bu kiçicik evimizin içindә biri-birimizә
sarılaraq, bir-birimizi öpәrәk evcik-evcik oyunu
oynayardıq.
Rus inqilabı1 baş verәndә atamın dostu bitib-tükәnmәk
bilmәyәn sәyahәtlәrinin sonuncusunu, doğulduğu
mәmlәkәtә etmәk barәsindә әmr aldı. Çar rejimi süquta
uğramışdı. Orta Asiyada qurulan yeni dövlәtlәrdәn biri
dә onun dünyaya göz açdığı, böyüyüb boya-başa çatdığı
әrazilәrdә idi. Bәlkә bir dә heç zaman İstanbula dönmәyә
bilәrdi. Yeni türk dövlәtindә illәr boyu fikirlәrindә,
xәyallarında canlandırdığı bir işin başına keçә bilәrdi.
Bu ümidlәrlә gәnc xanımı ilә kiçik uşaqlarını da özü ilә
götürdü. Amma heyhat! Doğulduğu yurda sәyahәt
“Sәyyahi-Şәhir”in acı hadisәlәrlә dolu son macәrasının
başlanğıcı oldu. Rusiyada qәlәbә çalan inqilab yeni
müstәqil dövlәtlәri yer üzündәn silib atdı. Atamın dostu
bu dәfә ailәsini gah pay-piyada, gah at belindә, gah
araba ilә Çindәn keçirib Yaponiyaya aparmağa mәcbur
oldu. Bu arada sandalyalardan qurduğumuz evciyimizdәki
ilk sevgim dә yatalaq xәstәliyindәn öldü. Onlar İstan-
buldan gedәndәn bir neçә ay sonra Fatihdә2 başlayan
böyük yanğın evlәrimizin küllәri altında uşaqlıq
mәhәbbәtimizi dә hәmişәlik dәfn etdi. İndi ondan mәnә
qalan xatirә üzümü oxşayan bir nәfәsin dadlı istiliyi ilә
pırtlaşıq saçlarından bu nәfәslә bәrabәr burnuma dolan
qәribә rayihәdir.
***
“Çin vaizi” “Sәyyahi-Şәhirlә” müqayisәdә daha se-
vimli, daha ürәyәyatımlı adam idi. O da sәyyah kimi
1 Rusiyada çarizmin devrilməsi ilə nəticələnən 1917-ci il Fevral inqilabı nəzərdə
tutulur.
2 İstanbulun əsasən tarixi Konstantinopol hasarları içərisində yerləşən mərkəzi
rayonu. Qaynaqların verdiyi məlumata görə, İstanbulun tarixindəki ən böyük təbii
fəlakətlərdən biri olan Fatih yanğını zamanı 7500-dən çox bina yanmışdı.
119