Page 114 - book-online
P. 114
ìÿä Àüàîüëó

üstünә cumur, bәzәn әn tәhlükәlilәri dә daxil olmaqla
müxtәlif xәstәliklәrin müalicә üsulları araşdırılır, bir
neçә doktor gәlib uzun müayinәlәr aparana vә balacaların
sağlamlıqlarına qәti tәminat verәnә qәdәr evi matәm
havası bürüyürdü. Bir çoxlarına şux, zarafatcıl, hәr kәsә
istehza etmәkdәn zövq alan insan tәsiri bağışlayan pro-
fessorun öz uşaqlarına, az qala xәstәliyә varacaq dәrәcәdә
bağlandığını görәnlәr onun istehzalı halının incә qәlbi
qırılmaqdan qorumaq üçün әl atılan müdafiә üsulundan
başqa bir şey olmadığını anlayırdılar. Mәhz buna görәdir
ki, onunla mәhrәmanә münasibәtdә olanların heç biri
başqalarına kәskin, hә a qorxunc görünәn istehzalı
zәkadan kiçicik bir şikayәt belә etmәmişdi.

Onun digәr halları da vardı. Mәsәlәn, yenә eyni әsir
türk ellәrindәn hür Türkiyәyә pәnah gәtirәnlәrin
bәzilәrinә, xüsusilә dә bir nәfәrinә qarşı izahı anlaşılmayan,
böyük, hә a haqsız düşmәnçiliyini açıq şәkildә
göstәrmәkdәn әsla çәkinmәzdi.

Ankara Universiteti hüquq fakültәsi siyasi tarix
professorunun zәif cәhәtlәrindәn biri dә xoşa gәlmәyәn
hadisәlәr qarşısında dәrhal ümidsizliyә qapılması,
pәrişanlığa yol açan iradәsizliyә tәslim olması idi. Bu,
bütün hәyatı boyu içәrisindә çapaladığı tәzadların әn
ağırı oldu. Hәmin xasiyyәti onu müәyyәn fikir vә hәrәkәt
istiqamәti tutmaqdan uzaqlaşdırır, biri-birinә zidd
qәrarlara, tәşәbbüslәrә vadar edirdi.

Ölümündәn sonra, bilmirәm, Türk Tarix Qurumuna,
ya da Milli Maarif Nazirliyinә vәsiyyәt edilmiş kitablarını
seçmәk, saf-çürük etmәk, dostlarımdan birinә tapşırılmışdı.
Bir gün o, professorun kitabxanasına birlikdә baxmağımızı

114
   109   110   111   112   113   114   115   116   117   118   119