Page 111 - book-online
P. 111
Àòàìûí äîñòëàðû

yanaqları, tәlqinedici gücü eynәyinin şüşәlәri arxasından
sanki bir az azalan istehzalı baxışları indi dә gözlәrimin
önündәdir. Titrәk sәsini indi dә eşitmәkdәyәm.

Atamın әn yaxın dostlarından biri idi. İkisi dә әsir
türk ellәrindәn hür, müstәqil Türkiyәyә pәnah
gәtirmişdilәr. Siyasi әleyhdarları әsәbilәşdiklәri zaman
ikisinә dә “boğaz ortağı” deyirdilәr. O, Türkiyәyә atamdan
әvvәl gәlmişdi. Hәrbi mәktәbi bitirmiş, o zamankı tәbirlә
desәk, xәritә yüzbaşısı (kartoqraf-kapitan – V.Q.) olmuşdu.
Əslәn Qazanın köklü ailәlәrindәndi. Fikir adamı, siyasәtçi,
ailә başçısı kimi üç fәrqli şәxsiyyәti bütün tәzad vә
müxtәlifliklәri ilә özündә birlәşdirmәyi bacarmışdı. Bir
adamda birlәşәn üç fәrqli şәxsiyyәtin ortaq nöqtәsi onun
qәlbi idi. Qәlbi bir-birlәrindәn fәrqli istiqamәtlәrә qoşmaq
istәyәn üç fәrqli ehtirası müәyyәn hәddә qәdәr sәrbәst
buraxır, sonra isә cilovlayırdı. O, gözәl qәlbә malik insan
idi.

Sultan Hәmid zamanında hәrbi mәktәbdә gizli
tәlәbә cәmiyyәti qurmaqda günahlandırılıb Trablüsqәrbә
(Liviyanın o zamankı adı – V.Q.) sürgün edilmişdi. Am-
ma bunun müqabilindә i ihadçılar dövründә sadәcә bir
fikir adamı kimi qaldı vә türkçülük cәrәyanının әn
qüdrәtli nәzәriyyәçilәrindәn biri kimi tanındı. Siyasi
hәyata yalnız Milli Mücadilәdәn sonra başladı, daha
doğrusu, zorla gәtirildi.

Fikirlәrindә bir az solçuluq nәzәrә çarpırdı. Lakin
heç zaman XVIII әsr sosializminin hüdudlarını aşmadı.
Onu daha çox romantik, hissiyyata qapılan, ictimai
bәrabәrlik nәzәriyyәlәrinin tәsiri altında qalan bir utopist
saymaq olardı. Lakin tәkcә elә bu baxışları onun İkinci
Türkiyә Böyük Millәt Mәclisinin üzvü kimi әmәk qanun-
vericiliyi ilә bağlı tәkliflәr irәli sürmәsi vә hazırlanan ilk

111
   106   107   108   109   110   111   112   113   114   115   116