Page 106 - book-online
P. 106
ìÿä Àüàîüëó
Mәndәn mәmlәkәtimizin vәziyyәtini soruşdu, tәhsilimi
başa vurandan sonra nә iş görәcәyimlә maraqlandı... ilә
gәldiyimiz qәrarı ona söylәdim.
– Yaxın vaxtlarda, lap yaxında Türkiyә azadlığına
qovuşacaq. O zaman İstanbula qayıdacağam. Mәni
mütlәq axtarıb taparsınız.
Birdәn gözlәrim ayaqlarına sataşdı. Corablarının
rәngi biri-birinә uyğun gәlmirdi. Baxdığımı sezdi, gülәrәk
“Azadlıq belә bir mәhrumiyyәtә dәymәzmi?” – dedi.
Tәhsilini bitirdikdәn sonra yolüstü İstanbuldan
keçәrәk mәmlәkәtinә dönәn atamı, bir neçә ildәn sonra
Mәşrutiyyәt inqilabını gerçәklәşdirәcәk bir qisim adamlar-
la bu doktor dostu tanış etmişdi. Onun sayәsindә atam
Azәrbaycandan İstanbula köçdükdәn az sonra İ ihad
vә Tәrәqqi Partiyasının sıralarında dәrhal öz yerini
tutmuşdu. Parisdә başlayan dostluq, Əhmәd Rza ilә
ölüncәyәdәk, әhd-peyman bağladığı digәr şәxslә isә bu
sәhәrin qorxunc dәqiqәsinә qәdәr davam etmişdi.
Yenә dә atamın xatırladıqlarından: “İş üçün yanına
gәlәn bir müәllim qadınla tәlәb olunduğundan daha
sәmimi danışması vәzifәdәn uzaqlaşdırılması üçün fürsәt
sayılan keçmiş maarif nazirinin1 yerinә tәyin edildiyi
gün nazirliyin qapısından sәndәlәyәrәk içәri girәn köhnә
redinqtonlu bu gombul adam, dövrünün sarsılmaz namus
vә doğruluq pәrdәsinә bürünüb müxtәlif günahların
hәdәfi seçilәn mәsum bir şәxsdi. Saflıq onu mәmur
qardaşının sürdüyü möhtәşәm hәyatı görmәyәcәk
dәrәcәdә sarmışdı. Qanuni haqqı olan dövlәt maşınına
1 1917-ci ilin dekabrından 1918-ci ilin iyuluna qədər Tələt Paşa hökumətində maarif
naziri olmuş Osmanlı siyasi və dövlət xadimi Ali Münif Yegenağa (1874-1951)
nəzərdə tutulur. Әhməd Ağaoğlunun Malta adasındakı sürgün yoldaşlarından biri
idi.
106