Page 110 - book-online
P. 110
ìÿä Àüàîüëó

SİYASİ TARİX PROFESSORUMUZ

Bu son dәrsimizdә sizә yalnız indi eşidәcәklәrinizi
söylәyәcәyәm. Xanımlar, әfәndilәr, siyasi tarix
keçmişdәki siyasi hadisәlәrin, vaqeәlәrin
izahından daha әvvәl insan cәmiyyәtlәrinә, onların
talelәrinә bәzәn ağılları, bәzәn gözәlliklәri, bәzәn nitq
qabiliyyәtlәri, әksәr hallarda isә adi tәsadüf nәticәsindә
hakim olmuş şәxslәrin xarakter, әxlaq vә mәcazlarının
hekayәsidir. Sağlam xarakterli, mәtin әxlaqlı, әtrafın-
dakılara etimad tәlqin edә bilәn insanların idarә etdiklәri
cәmiyyәtlәr daim yüksәlmişlәr, müvәqqәti fәlakәtlәri
asanlıqla adlamağa, qorxu törәdәn şәraiti sürәtlә
dәyişmәyә müvәffәq olmuşlar.

Bunun müqabilindә başçı vә hakim mövqeyinә
gәlәnlәrin zәif, әxlaqsız, dәyişkәn xarakterә malik olduqları
cәmiyyәtlәrdә insanlar daim alçalmış, kiçik fәlakәtlәr
qarşısında böyük sarsıntılar keçirmişlәr. Ona görә dә
mәn sizә, yәni türk millәtinin gәlәcәk idarәçilәrinә
sağlam xarakterli, mәtin әxlaqlı olmanızı tövsiyә edirәm.
İnanın ki, millәtimizә ancaq bu şәrtlәr daxilindә layiqli
xidmәt edә bilәrsiniz”.

Ankara Universitetinin hüquq fakültәsindә son
dәrsini verәn siyasi tarix professorumuz kürsüdәn enib
qapıya tәrәf gedәndә arxasınca qaçıb әlindәn tutdum.
Üzümә baxdı. Gözlәri yaşla dolu idi. Heç bir şey
söylәmәdәn әlini öpmәk üçün dodaqlarıma apararkәn
boğazım qәhәrlә dolmuşdu.

Xәyalımda surәtlәri atamla birlikdә canlanan bir
neçә insandan biri dә odur. Sivri, çal saqqalı, bir az batıq

110
   105   106   107   108   109   110   111   112   113   114   115