Page 105 - book-online
P. 105
Àòàìûí äîñòëàðû
bilmәyәn mübarizlәr kütlәlәri arxalarınca aparırdılar.
Van Qoq1, Qogen2 kimi rәssamlar sәnәtin üfüqlәrini o
zamana qәdәr mәchul qalan gözqamaşdırıcı rәnglәrә
boyayırdılar.
Atam da, dostu da bura doğulub-böyüdüklәri
yerlәrin mistik, qaranlıq vә hәssas әhvali-ruhiyyәsi ilә
gәlmişdilәr. Bәlkә elә buna görә dә qürbәt hissi ikisini
dә dәrhal eyni idealın әtrafında birlәşdirdi – türk millәti
dә bu sәviyyәyә yüksәlmәlidir!
Gәlәcәklә bağlı birgә layihәlәr cızırdılar. Atam
mәmlәkәtinә qayıtdıqdan sonra işlәrini sahmana salıb
İstanbula köçәcәkdi. Dostu isә ona yeni, azad vәtәnindә
sıxıntı çәkmәdәn yaşamaq vә işlәmәk imkanları
yaradacaqdı. Xәyalları ilә bağlı ilk razılaşmanı da Parisdә
әldә etdilәr. Hәmin vaxt Əhmәd Rza3 da Parisә gәlmişdi.
Çox yoxsul bir ömür sürürdü. Ancaq vüqarlı idi. Fransanın
Klemanso kimi mәşhur siyasәt adamları Əhmәd Rzanı
tanıyır, himayә edir, maddi yardım göstәrirdilәr. Lakin
o, verilәn pulları vә yardımları qәbul etmirdi.
Atam vә dostu tez-tez Əhmәd Rzanın yanına
gedirdilәr. İlk görüşlәri atamın yaddaşında bütün hәyatı
boyu daim xatırladığı dәrin izlәr buraxmışdı.
“Malikanәnin qapısındakı zәngin düymәsini ba-
sarkәn әlim titrәyirdi. Qapı açıldı, qarşıma ucaboy, ağbә-
niz, azacıq dәn düşmüş uzun, yaraşıqlı, saqqalı olan bir
şәxs çıxdı. Bu, Əhmәd Rza idi. Dilim topuq vura-vura
yanına nә üçün gәldiyimi izah etdim. Əlimdәn tutdu,
içәri çәkdi. Kiçik bir otaqda qabaq-qabağa oturduq.
1 Vinsent van Qoq (1853-1890) – postimpressionizm cərəyanına mənsub hol-
land rəssamı
2 Pol Qogen (1848-1903) – postimpressionist və primitivist fransız rəssamı
3 Әhməd Rza (1858-1930) – türk siyasətçi, İttihad və Tərəqqi hərəkatının
ideoloqlarından biri
105