Page 101 - book-online
P. 101
Àòàìûí äîñòëàðû
mövqe tutmaq niyyәtinә düşmәyәn bir mәclisin mütlәq
xeyir-duası ilә gerçәklәşәcәkdi. Qәribәdir ki, eyni düşüncә
Fransada Napoleonun da ağlına gәlmişdi. Onun tәşkil
etdiyi Beşyüzlәr mәclisi1 ilә Atatürkün qurduğu üçüncü
Böyük Millәt Mәclisi biri-birinә çox bәnzәyirdi. İkisi dә
ölkәnin әn tanınmış şairlәrini, filosoflarını, alimlәrini,
rәssamlarını, doktorlarını, sәrkәrdәlәrini öz sıralarında
toplamışdı. İkisi dә onları intixab edәn rәhbәrlәrin bütün
arzularını, iradәlәrini qeyd-şәrtsiz qanun şәklinә salırdı.
Belәliklә, şairin millәt vәkili olması onun Atatürkün
qurduğu mәclisin tәlәblәrinә cavab vermәsi ilә bağlı idi.
Atamın dostları arasında evlәrimizin bir-biri ilә bu
qәdәr içdәn-içә yaxın olduğu, bu qәdәr qaynayıb-qarışdığı
başqa bir kimsә yox idi.
Bunun müxtәlif sәbәblәri vardı. Zәnnimcә, bu, hәm
dә daha çox aşağıda göstәrәcәyim amillә әlaqәdar idi.
“Türk Yurdu”2 mәcmuәsinin idarәçiliyi şairә verilmişdi.
Mәrkәz dә yaşadığı ev idi. Atam, Yusif Akçura, Mehmet
Emin, Hüseynzadә Əli kimi Türk Yurdunun qurucuları,
fәal xadimlәri orada çox tez-tez görüşürdülәr. Şairin
uşaqları ilә mәn vә bacı-qardaşlarım da çox tez
dostlaşmışdıq. Atalarımız bir otaqda işlәrini görәrkәn
biz hәyәtdә, bağçada oynayıb vaxtımızı keçirirdik. Çox
әski uşaqlıq xatirәlәrimi yada saldığım zaman şairin üçü
dә bir-birindәn cansız-çәlimsiz, bir-birindәn arıq iki qızı
ilә bir oğlu gözlәrim önünә gәlir. Şairin anası oğlunun
vә nәvәlәrinin tam әksinә olaraq sәrt tәbiәtli, cantaraq
vә şişman bir qadın idi. Amma zahirәn kobud görünüşü
1 Böyük Fransa inqilabı dövrünün qanunverici orqanı – Milli Konvent nəzərdə
tutulur.
2 “Türk Yurdu” – 1911-ci ildən etibarən müəyyən fasilələrlə nəşr olunan milliyyətçi
fikir məcmuəsi. Hazırda “Türk Ocaqları”nın aylıq mətbu orqanı kimi Ankarada çıxır.
101