Page 104 - book-online
P. 104
ìÿä Àüàîüëó
BİR NAZİR
Sübhçağı sanki bir әl boğazını şiddәtlә sıxdı.
Qarşısında dar ağacı göründü. Gәnclik illәrinin
idealist dostu dişlәrinin arasında sıxılmış dili,
göyәrmiş, şişmiş sifәti, hәdәqәsindәn çıxmış gözlәri ilә
ona baxırdı. Qollarını uzatdı vә oyandı.
Bu gecә qırx il әvvәl böyük bir mәmlәkәtin böyük
bir şәhәrindә tanış olan iki insandan biri dar ağacından
sallanır. Digәri isә onu mәhkum edәnlәr arasındadır!
Hәzin tәsәllidir? Yox, gülünc tәsәllidir! Bu gün niyә ikisi
dә eyni yerdә deyillәr? Belә dә ola bilәrdi! Açılan sabahın
sübhçağına qәdәr belә bir aqibәtin yaşanacağı nә onun,
nә dә dostunun ağlına gәlmişdi.
İlk dәfә Parisdә qarşılaşdılar. Atam hüquqşünas,
dostu isә hәkim olacaqdı. Birincisi әsir bir türk yurdundan
gәlmişdi. Digәri, türklәrin son müstәqil toplumuna
mәnsubdu. Hәr ikisi Qәrbin azadlıq yolunda nәhayәtsiz
qanlar axıtmış möhtәşәm şәhәrindә çox tez dil tapdılar.
O illәrdә Paris hәr cür fikirlәrin qaynaşdığı, yeni dünyanın
tәmәlinin qoyulduğu bir mühit idi. Bütün bu fikirlәr әn
romantik şәkildә biri digәrinә qarşı çıxır, Renan, Zolya1,
Kostans2 kimi nәhәng şәxsiyyәtlәrin yanında Sara Bernar3
kimi böyük artistlәr, Jores4 vә Klemanso5 kimi qorxu
1 Emil Zolya (1840-1902) – fransız yazıçısı, naturalist ədəbi məktəbin görkəmli
nümayəndəsi
2 Söhbətin kimin haqqında getdiyini müəyyənləşdirmək mümkün olmadı.
3 Sara Bernar (1844-1923) – fransız dramatik aktrisası, XX əsrin əvvəllərində
bütün tarix boyu “ən məşhur aktrisa” kimi dəyərləndirilirdi.
4 Jan Jores (1859-1914) – tanınmış fransız sosialist lideri
5 Georg Klemenso (1841-1929) – fransız siyasətçi və dövlət xadimi, 1906-1909
və 1917-1920-ci illərdə Fransanın baş naziri, Versal Sülh konfransının
təşkilatçılarından biri
104