Page 107 - book-online
P. 107
Àòàìûí äîñòëàðû

minmәkdәn imtina etmәklә kifayәtlәnmirdi. Adi
dәftәrxana müdiri olan qardaşının iki qara at qoşulmuş
şahanә faytonu yanından keçәrkәn, hә a başını belә
qaldırıb baxmırdı. Bir gecә Böyükadada dostları ona
qardaşından şikayәt etdilәr. Heç bir söz demәdәn onları
heyrәtlә dinlәdi. Üç gün sonra qәzetlәr İstanbul dәftәr-
darının Bursaya göndәrildiyini yazdılar”.

Hәr dövrdә belә adamlar olur. Onlar dövrün namus,
doğruluq, vәzifәyә sәdaqәt, hәqiqәtә bağlılıq qalxanına
çevrilirlәr. Hәmin qalxanın arxasındakı gizli alәm isә
büsbütün başqadır. Bu alәmin içәrisindә kimlәr yoxdur?
Dostlar, tanışlar, qohumlar, fәdailәr, komitәçilәr,
möhtәkirlәr, xülasә, cәmiyyәtin, firqәnin hәr cür günahları
vә günahkarları. Sonra zaman keçir, qalxanın arxasın-
dakılar daha әvvәl qalxan olanları öz günahlarının qur-
banı kimi ölümә, әsarәtә, sәfalәtә göndәrmәk qәrarında
әsla tәrәddüd etmirlәr.

Atamın dostu da günlәrin birindә hansısa xarici
firmanın mühasibliyini bir parça çörәk xatirinә qәbul
edib özü üçün ayrılmış otağa yenә dә ayaqları dolaşa-
dolaşa girdi. Partiyasının hakimiyyәtdә olduğu dövrdә
kölgәsinә sığınıb milyonlar qazanmış dostlarının, irәli
getmiş, adam arasına çıxmış qohumlarının hamısı onu
unutmuşdular. Hә a bәzәn küçәdә rastlaşdıqları zaman
üzlәrini yana çevirirdilәr. Lakin yenә dә itirilmiş vәzifә
ehtirasının ürәklәrini ehtizaza gәtirdiyi bir qisim insanlar
üçün namus, doğruluq qalxanına çevrilirdi. Üzәrinә heç
bir lәkә düşmәmiş şöhrәtinin arxasında indi dә başqa
mahiyyәtli oyunlar oynanırdı.

Atamın dostunun mәsumluğu vә tәmizliyi bu dәfә
ağılsızlığa qәdәr gedib çıxmışdı. Haqqında danışılan
sözlәri küçәlәrdә, meydanlarda, evlәrdә, xülasә, hәr

107
   102   103   104   105   106   107   108   109   110   111   112