Page 102 - book-online
P. 102
ìÿä Àüàîüëó
altında oğluna sәnәt hәyәcanı aşılayan qüvvәtli vә incә
bir zәkası, güclü hissiyyatı vardı. Evin hakimi-mütlәqi
idi. Hә a uzun illәr yataq xәstәsi olmasına baxmayaraq,
hәyatının son anına qәdәr dә hakimiyyәtindәn әl
çәkmәmişdi. Oğlunun eşq macәraları da daxil bütün
әmәllәri onun özünü görmәzliyә vurması, әksәr hallarda
isә razılığı ilә baş verirdi. Qadın şairi, hәqiqi bir qadının
oğlu idi. Bütün digәr qadınları da anasının sayәsindә
yaxşı tanıya bilmişdi.
Onu siyasi dairәlәrdә sevdirәn sәbәblәrdәn biri dә
uşaqlıq dövründәn başlayaraq şәxsiyyәtinin ayrılmaz
parçası halına gәlmiş xәstәliyi idi. XIX әsrin xәstәliklәri
içәrisindә ifrat hәssaslığın simvollarından biri dә vәrәm
sayılırdı. Vәrәm hәmin әsrin dәbinә görә hәm dә eşqin,
ümidsiz qәlb çırpıntılarının rәmzi idi. Mәrhәmәt, şәfqәt,
gözәllik vәrәm xәstәliyinin qanadları altına sığınmışdı.
Gәnc qadınlar әvvәldәn qırmızı rәnglә boyanmış
dәsmallarını dodaqlarına apararaq zәif, halsız
öskürmәlәrdәn sonra bu lәkәlәri hәr kәsә göstәrmәklә
diqqәti çәkmәyә, cavan oğlanlar vәrәmli sevgilinin
öpüşlәri ilә özlәrini bu xәstәliyә yoluxdurmağa çalışırdılar.
Qadın şairinin әn parlaq zamanları olan 1910-cu
illәrdәn Birinci Dünya müharibәsinin sonuna qәdәrki
dövrdә İstanbulun yüksәk cәmiyyәti dә hәlә bu dәbin
tәsiri altında qalmaqda davam edirdi. Belәcә, şairin
xәstәliyi onun şöhrәtini artıran amilә çevrilmişdi. Lakin
bu, zaman-zaman onu aylarla yatağa salan, bәzәn ölümün
astanasına qәdәr götürәn, amma hәr dәfәsindә dә
әtrafındakı sevgini, heyranlığı bir az da artıran tәhlükәli
xәstәlikdi. Qadın şairini sonuncu dәfә 1934-cü ildә,
yoluxduğum ağır yatalaq xәstәliyindәn qalxdıqdan sonra
gördüm. Mәnim yaşadığım ev o zamankı İsmәt, indiki
102