Page 113 - book-online
P. 113
Àòàìûí äîñòëàðû

Keçiörәn bağlarında çox yaxınımızda – qonşulu-
ğumuzda yaşayırdı. Axşamlar ailәlikcә bizdә toplaşırdıq.
Əvvәl zarafatlar başlayır, sonra günün hadisәlәri, dedi-
qoduları, intriqaları ortaya gәlir, şikayәtlәr eşidilirdi.

Professorun sәsinin yüksәldiyi vaxtlar da olurdu.
“Əhmәd bәy, Əhmәd bәy! – deyә qışqırırdı, – bütün bu
fәnalıqlar barәdә mütlәq danışmalıyıq. Nә üçün gedib
gördüklәrini, bildiklәrini açıq şәkildә söylәmirsәn?”

Bir dәfә atam әsәbilәşdi:
"Mәn, elә hәr yerdә mәn! Hansınız indiyәdәk mәnim
qәdәr danışmısınız? Hansınız vәziyyәtlә bağlı şikayәtlәri
mәnim qәdәr ortalığa çıxarırsınız? Bir az da özün danış!
Niyә dayanmısan?"
Atamın bu sözlәri qarşısında dәrhal yumşalır, “Ey
Əhmәd bәy, mәnim belimdә hörgüclәrim var” – deyirdi.
Bu sözlәrlә hәlә çox kiçik yaşda olan uşaqlarına işarә
edir, onları rahat boya-başa çatdırmaq üçün maddi vә
mәnәvi fәdakarlıqlara mәcbur qaldığını anladırdı.

Artıq çoluq-çocuq sahibi olmağı düşünmәdiyi,
әslindә, hә a buna ehtiyac duyulmadığı yaşda ailә
qurması bu tanınmış siyasәtçi vә fikir adamı ilә atamın
hәlә Trablüsqәrb sürgünündәn üzübәri davam edәn
böyük dostluğunun son sürprizinә çevrilmişdi.

Bir qızı, bir oğlu vardı. Övlad mәhәbbәtinin hәqiqi
iztirab halında, romanlara mövzu olacaq dәrәcәdә
yaşanmasına bu ailәdәn daha hәzin misal ola bilәrdimi?
Atası ilә anası doğulduqları andan uşaqların üstündә
titrәyib-әsirdilәr. Zәngin kitabxanalarında tibb
әdәbiyyatından ibarәt böyük bir guşә yaranmışdı. Uşaq-
ların üzü azacıq saraldımı, dalbadal iki dәfә asqırdılarmı,
yaxud hәrarәtlәri bir qәdәr artdımı, dәrhal kitabların

113
   108   109   110   111   112   113   114   115   116   117   118