Page 92 - book-online
P. 92
ìÿä Àüàîüëó

Boğazın sayılıb-seçilәn hәvәskar balıqçıları arasında
tanındı, şöhrәt qazandı.

İllәr sürәtlә biri-birini әvәz edirdi. Ankaradan İs-
tanbula çoxlu yeni küskünlәr daşındı. Vaxtı ilә qüdrәt
sahibi olduğu dövrdә özünün vurub sıradan çıxardığı
bәzi insanlar da bu böyük şәhәrdә idilәr. Hamısı ortaq
talelәrinin çevrәsindә bir-birlәri ilә yaxınlaşmağa
başlamışdılar. Hәmin adamlar, әn çox da özü tәk bir
şeyi gözlәyirdi. Tez-gec bu hadisә baş verәcәkdi. Ondan
sonra keçirdiklәri bütün ağrı-acılar hәzin xatirәyә
çevrilәcәkdi. Bir vaxtlar inqilabçılıqla dinsizliyi eyni
gözdә görüb Allahsız olduqlarını iftixarla alәmә car
çәkәnlәr, indi ümidlәrini dәyişik şәkillәrdә röyalarında
görürdülәr. Bir xocanın yanından o birinin görüşünә
qaçırdılar. Gecә-gündüz namazdan baş qaldırmırdılar.

Bu gözlәmә sırasında әski bәhriyyә vәkili geridә
qalanlar haqda düşünәndә heç cür cavab tapa bilmәdiyi
bir sualla qarşılaşırdı.

Qazi nәdәn onu gözündәn, könlündәn uzaq saxladı?
Nәdәn çәtin anlarında yardım әlini uzatmadı? Belә
düşüncәlәrә dalanda nәfәsi daralır, alnının qırışları daha
da artırdı.

Sәrbәst Firqә1 qapandıqdan sonra İstanbula köçәn
atamla Milli Mücadilә illәrindәki dostluğu tәzәdәn

1 Sərbəst Firqə – tam adı Sərbəst Cümhuriyyət Firqəsi idi. Ölkədə çoxpartiyalılığa
keçid məqsədi ilə Atatürkün təşəbbüsü əsasında 1930-cu ilin avqustunda təsis
edilmişdi. Sədri Әli Fəthi Okyar, baş katibi Mehmet Nuri Çonker idi. Әhməd
Ağaoğlu da partiyanın qurucu üzvləri sırasında yer almışdı. Sonuncu tərəfindən
hazırlanmış Proqramda cümhuriyyətçilik, milliyyətçilik, layiqlik prinsiplərinin əsas
tutulacağı, iqtisadiyyata dövlət müdaxiləsini məhdudlaşdıracağı xüsusi vurğu-
lanırdı. Qısa müddətdə xalq arasında geniş populyarlıq qazanan Sərbəst Firqə,
Atatürk də başda olmaqla bu siyasi eksperimentin müəlliflərini qorxuya saldı və
mövcudluğunun üçüncü ayında onun fəaliyyəti dayandırıldı. Әhməd Ağaoğlu
özünün “Sərbəst Firqə xatirələri” əsərində bu barədə ilk dəfə və ətraflı bəhs
etmişdi.

92
   87   88   89   90   91   92   93   94   95   96   97