Page 82 - book-online
P. 82
ìÿä Àüàîüëó

İndi siyasәt dünyasına baş vurduğu vaxtdan bәri ilk
dәfә işsiz-gücsüz qalmışdı. Sadәcә millәt vәkili idi, özü
dә gözdәn, nәzәrdәn düşmüş millәt vәkili! Bu vәziyyәt
ona ağır gәlirdi. Şәxsinә qarşı çevrilmiş düşmәnçilik
çiyinlәrinә daşıya bilәcәyindәn qat-qat ağır yük qoymaq
istәyirdi. Qarşıda onu bir xalq adamının әn çәtin vәzifәsi –
millәtә hesab vermәk gözlәyirdi. O, baş vәkillә Kastamonu
millәt vәkillәrindәn biri tәrәfindәn irәli sürülәn vә
“Yavuz-Hovuz” mәsәlәsindә Mәclis tәhqiqatı aparılmasını
tәlәb edәn tәkidli çağırışlar nәticәsindә millәtә hesab
vermәk zәrurәti qarşısında qalanda hiylә vә kinlә qurulmuş
tәlәlәrin әhatәsinә düşdüyünü anladı. Bir neçә köhnә
dostu istisna olunmaqla, bütün Mәclis әleyhinә idi!

Burada Cümhuriyyәt tarixinin bir dedi-qodusundan
daha geniş söz açmağa lüzum yaranır. İşdә marağı
olanların, demәk olar ki, hamısı bir-bir ölüb aradan
çıxmışdılar. Əslindә, mәn özüm dә bu dedi-qoduda
hәqiqәt payının nә qәdәr olduğunu dәqiq bilmirәm,
amma onu şәxsәn әski bәhriyyә vәkilinin öz dilindәn
eşitmişәm.

Urfa millәt vәkili Ali Saib bәy1 hәr yerdә keçmiş
topçu minbaşısının qarasınca danışıb ünvanına i ihamlar
söylәyirmiş. “Yavuz-Hovuz” işi ilә bağlı da Divani-Alidә
(Uca Divan) әleyhinә çox kәskin şahidlik elәmişdi.
Ardınca isә “Mәn bütün bildiklәrimi Ağaoğlu Əhmәd
bәyә dә çatdırdım. Amma nәdәnsә inkar edir” – kimi
bәzi sözlәr demişdi. O axşam atam Ali Saib bәyi telefonla
hәr yerdә aradı. Nәhayәt, gecәnin gec saatlarında
“Hakimiyyәti-Milliyyә” qәzetinin redaksiyasında tapdı.

1 Ali Saib Ursavaş (1887-1939) – türk hərbçisi, siyasətçi. Atatürkün yaxın
silahdaşlarından biri kimi Milli Mücadilədə fəal iştirak etmişdi. TBMM-də Urfa millət
vəkili olmuşdu.

82
   77   78   79   80   81   82   83   84   85   86   87