Page 77 - book-online
P. 77
Àòàìûí äîñòëàðû

Bu hadisәdәn sonra da yenә oradan-buradan acı ey-
hamlar, zarafat yolu ilә deyilәn tәnqidlәr, onu inqilabın
zәruri xüsusiyyәtlәrini anlamamaqda i iham edәn
sәrzәnişlәr eşidilmәkdә idi. Əgәr baş vәkil dәyişәrәk
yerinә Fәthi bәyin1 kabinәsi gәlmәsәydi, әski topçu
minbaşısının taleyi bәlkә elә hәmin o günlәrdә hәll
olunacaqdı. Fәthi bәy kabinәsinin qurulmasının zamanı
Bәhriyyә vәkalәtinin (Dәnizçilik nazirliyi – V.Q.) tәşkilinә
dә qәrar verildiyi zaman Qazi Mustafa Kamalın ağlına
yeni vәzifә tәyinatı ilә bağlı ilk gәlәn namizәd o oldu.
Siyasi hәyata minbaşı rütbәsi ilә atılmışdı. İndi Bәhriyyә
vәkili kürsüsündә oturacaqdı. Bu, әslindә hәrbi vәzifә
sayılırdı. Belә olan tәqdirdә özünü birdәn-birә bir neçә
rütbәnin üzәrindәn adlayaraq admiral görmәyә haqqı
vardı. Ağlına gәlәn mәşum hissin hәyәcanı ilә bir tәrәfdәn
üzünә әsl admiral nüfuzunun maskasını taxıb bәrbad
vәziyyәtә düşmüş donanmada müәyyәn qayda-qanun
yaratmaq üçün nәzarәti güclәndirәrkәn, o biri tәrәfdәn
dә özünә hәqiqi admiral әdası vә qiyafәti tәmin etmәk
fürsәtini әldәn qaçırmamışdı. Qәzetlәrdә başında dәnizçi
papağı, әynindә ağ şalvar, lacivәrd rәngli pencәklә
çәkdirdiyi şәkillәri tez-tez çap olunurdu. Amma, deyәsәn,
bu da ona yetәrli görünmәmişdi. Daha irәli getdi: kiçik
oğluna admiral uniforması tikdirmәklә kifayәtlәnmәyib
Keçiörәndәki yığcam, mütәvazi evinin qapısına dәnizçilik
vә donanma rәmzlәrini әks etdirәn tutacaqlar taxdırdı.
Artıq adı dillәrdә dastan olur, donanma üçün gördüyü
yaxşı işlәr dә avamyana, toy hәrәkәtlәrini xatırladan

1 Ali Fəthi Okyar (1880-1943) – türk hərbçisi, siyasi xadim və diplomat. Atatürkün
ən yaxın silahdaşlarından biri idi. TBMM hökumətinin baş naziri zifəsində
çalışmışdı.

77
   72   73   74   75   76   77   78   79   80   81   82